Azərbaycan və Koreya arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunmuşdur

Aprelin 28-29-da Azərbaycanın fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nazirliyin nümayəndə heyəti Koreya Respublikasının Fövqəladə Halların İdarə olunması Milli Agentliyinin rəhbəri Park Yeon Sunun dəvəti ilə bu ölkədə rəsmi səfərdə olmuşdur.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti bir sıra görüşlər keçirmişdir.
Fövqəladə Halların İdarə olunması Milli Agentliyində keçirilmiş görüşdə bu iki qurum arasındakı əməkdaşlıq əlaqələrinin mövcud durumu və inkişaf perspektivləri müzakirə olunmuşdur. Həmçinin, 2007-ci il aprelin 23-də Seul şəhərində imzalanmış "Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və Koreya Respublikası Fövqəladə Halların İdarə olunması Milli Agentliyi arasında fövqəladə halların idarə edilməsi sahəsində əməkdaşlıq haqqında" Anlaşma Memorandumunun müddəalarının yerinə yetirilməsi məsələləri nəzərdən keçirilmişdir.
FHN-in nümayəndələri Milli Agentliyi strukturuna daxil olan qurumların, eləcə də fövqəladə halların qarşısının alınması, nəticələrinin aradan qaldırılması sahəsində müxtəlif avadanlıq istehsalı ilə məşğul olan bəzi şirkətlərin fəaliyyəti ilə tanış olmuşlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında