Əhməd Əhmədzadə: Görülən işlər nəticəsində Kür-Araz çayları vasitəsilə sel-daşqın sularının idarə olunması tam təmin ediləcək

"2010-cu ildə daşqınlardan sonra "Meliorasiya və Su Təsərrüfatı" ASC tərəfindən mühafizə bəndlərinin 325 km uzunluğunda zəruri hissələrində bəndlərin enləndirilməsi, hündürləndirilməsi və möhkəmliyinin artırılması işləri yerinə yetirilib". Bu sözləri yap.org.az saytına "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə deyib.
Ə.Əhmədzadə bildirib ki, bu işlərin 2011-ci ildə də davam etdirilməsi nəzərdə tutulub. Onun sözlərinə görə, hazırda Azərbaycan Nazirlər Kabinetinin ayırdığı vəsait hesabına podrat təşkilatlar tərəfindən Kür və Araz çaylarındakı mühafizə bəndlərinin 272 km-lik məsafəsində o cümlədən, Zərdab rayonu ərazisində 60,7 km, Kürdəmirdə 56,62 km, Ağcabədidə 41,75 km, Salyanda 43,25 km, İmişlidə 27,8 km, Saatlıda 21,5 km, Neftçalada 12,3 km və Hacıqabulda 7,8 km məsafədə mövcud bəndlərdə bərpa işləri aparılır.
"Bütün bu işlər Kür və Araz çaylarında baş verə biləcək sel-daşqın sularının təhlükəsiz ötürülməsi üçün ən vacib sahələrdə görülməsi lazım gələn müvəqqəti tədbirlərdir. Kür, Araz və onlara qovuşan çaylarda sel-daşqın sularının qəzasız axıdılmasını təmin etmək məqsədilə mövcud bəndlərin təmiri və bərpası, yeni bəndlərin tikintisi üçün səhmdar cəmiyyətin sifarişi ilə "Azdövsutəslayihə" İnstitutu tərəfindən kompleks tədbirlər planı hazırlanmışdır. Bu tədbirlərdə Kür-Araz çaylarında və onlara tökülən çaylarda 1400 km uzunluğunda bəndlərin bərpası və yenidənqurulması, kanalların, drenaj şəbəkələrinin və nasos stansiyalarının bəndlərin mühafizə zonasından çıxarılması işlərinin İnvestisiya Proqramı daxilində görülməsi üçün 2011-2012-ci illərdə vəsait ayrılması nəzərdə tutulur. Gələcəkdə bu işlərin həyata keçirilməsi nəticəsində Kür-Araz çayları vasitəsilə sel-daşqın sularının idarə olunması tam təmin ediləcək" deyə cəmiyyətin sədri vurğulayıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında