Kürdəmirdə akademik Zərifə xanım Əliyevanın doğum günü qeyd olunmuşdur

Gözün histomikroskopik, histokimyəvi araşdırmaları, klinik-diaqnostik istiqamətdə apardığı genişmiqyaslı tədqiqatlar, gözün müxtəlif mənşəli xəstəliklərinə dair qiymətli monoqrafiya, peşə oftalmologiyası, sənaye zəhərlərinin görmə orqanlarına təsiri böyük alimə dünya şöhrəti və beynəlxalq mükafatlar qazandırdığı bir zamanda onun coşub-çağlayan fitri istedadı daha yeni ideyalarla zənginləşirdi. Təsadüfi deyildir ki, akademik Zərifə xanım Əliyeva görmə orqanı vasitəsilə müxtəlif xəstəliklərə diaqnoz qoyulmasını - iridodiaqnostikanı klinikaya gətirməklə təbabətin bu sahəsində böyük inqilab yaratmışdır. Bu fikir Kürdəmirdə, dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümünə həsr edilmiş tədbirdə səsləndirilmişdir.
Tədbirin iştirakçıları və qonaqlar əvvəlcə 2007-ci ildə istifadəyə verilmiş, müasir tibbi avadanlıqlarla təchiz olunmuş poliklinikanı, burada göz xəstəliklərinin müayinəsi otaqlarını gəzmiş, foyedə Zərifə xanımın həyat və elmi fəaliyyətini əks etdirən eksponatlardan ibarət sərgiyə baxmışlar.
Poliklinikanın akt zalında keçirilən yığıncaqda görkəmli alimin tələbəsi, mərkəzi rayon xəstəxanasının həkimi Tamella Zahidova, baş həkim Zahid Əhmədov, göz həkimləri Vidadi Muradov, Babək Tahirov, poliklinika şöbəsinin müdiri Sabir Novruzov çıxış etmiş, Zərifə xanım Əliyevanın son dərəcə zəngin olan mənalı ömür yolundan, onun elmi, pedaqoji və ictimai fəaliyyətindən ətraflı bəhs etmişlər. Natiqlər qeyd etmişlər ki, Zərifə xanımın elmi tədqiqatlarının yüksək səviyyəsi, onların sosial əhəmiyyəti, alimin ictimai fəallığı, pedaqoji istedadı, çoxillik xidmətləri yüksək qiymətləndirilmiş, o, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir. Dünya şöhrətli alim 140 elmi əsər, 10 monoqrafiya müəllifi olmaqla, 12 səmərəli təklifi ilə yadda qalmışdır.
Zərifə xanım Əliyeva çoxlarına nəsib olmayan qeyri-adi sadəliyi, nəcib qəlbi ilə hamının sevimlisi idi. Akademik, əməkdar elm xadimi, müxtəlif mükafatlar laureatı olan bu insan hamı üçün əziz idi, yaxın idi. Nadir istedad və gözəl qəlbə malik olan bu insanın həyat yolu hər bir vətəndaş, hər bir alim və həkim üçün müdriklik və kamillik nümunəsi olaraq qalacaqdır.
Rayon icra hakimiyyətinin başçısı Fəxrəddin Məlikov akademik Zərifə xanım Əliyevanın Azərbaycan tibb elminə töhfələrini xatırlatmış, son illər respublikamızda, o cümlədən Kürdəmirdə səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi, tibbi kadrların hazırlanması sahəsində qazanılan böyük uğurlardan danışmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında