Erməni saxtakarlığına növbəti zərbə

Bu günlərdə "Yazıçı" nəşriyyatında tanınmış publisist-alim Hikmət Babaoğlunun "Akdamardan Sarı Gəlinədək erməni yalanı" kitabı nəşr olunmuşdur.
Əməkdar jurnalist Hikmət Babaoğlunun bu kitabında ermənilərin Azərbaycan xalqının tarixinə, maddi və mənəvi abidələrinə qarşı törətdikləri sistemli saxtakarlıqdan bəhs olunur, erməni yalanları əsaslı elmi dəlillərlə alt-üst edilir, tariximizin nisbətən az öyrənilmiş dövrlərinə yeni rakursdan aydınlıq gətirilir.
Kitab üç müstəqil məqalədən ibarət olsa da, bu məqalələr əslində, ideya və məzmun etibarilə bir-birinin davamıdır.
Kitabda həm qədim alban dövrünə aid olan maddi abidələrimiz, həm Azərbaycanda xristianlıqdan İslama keçid dövründə baş vermiş dini-ideoloji kataklizmlər, həm də mənəvi sərvətimiz olan musiqi nümunələrimiz təhlil edilir, onların tarixi və yaranması məsələləri elmi tədqiqata cəlb olunur. Kitabın elmi əhəmiyyətini yüksək qiymətləndirən Milli Məclisin deputatı professor Nizami Cəfərov "Yalan ayaq tutar yeriməz" adlı ön sözündə bildirir ki, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" əsəri cəmiyyətdə böyük əks-səda doğurmuş, mövzu ilə bağlı yeni-yeni araşdırmalara təkan vermişdir. Hikmət Babaoğlunun bu kitabı da məhz həmin əsərin metodoloji təsiri ilə qələmə alınmış məqalələrin toplusu kimi çox əhəmiyyətlidir. Məsləhətçisi Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov olan kitab mövzu ilə bağlı son dövrlər H.Babaoğlu tərəfindən qələmə alınmış üç məqalənin Azərbaycan, türk, ingilis və rus dillərində olan variantlarının toplusudur.
Müəllif bu məqalələrində regiona gəlmə olan hayların aborigen xalqın maddi və mənəvi mədəniyyət nümunələrini mənimsəmək məqsədi ilə atdığı saxtakar addımları tutarlı faktlarla ifşa etmişdir. Məqalələrdə publisistik emosiya nə qədər yüksək olsa da elm, məntiq, təhlil metodları kifayət qədər güclü, müəllifin gətirdiyi dəlillər kifayət qədər aydın və inandırıcıdır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş kitab, eyni zamanda, tədqiqatçılar üçün də maraqlı mənbə rolunu oynayacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında