Dövlət-din münasibətlərini tənzimləyən sənədlər toplusu nəşr olunmuşdur

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) "Azərbaycan Respublikasında dövlət-din münasibətlərini tənzimləyən rəsmi sənədlər" adlı qanunvericilik toplusunu nəşr etdirmişdir. Toplu müvafiq dövlət orqanlarının, dini qurumların, habelə bu sahəyə aidiyyəti olan fiziki və hüquqi şəxslərin respublikamızdakı müvafiq qanunvericilik bazası ilə məlumatlandırılması, uyğun maarifləndirmə işinin gücləndirilməsi üçün nəzərdə tutulmuşdur.  
DQİDK-dən bildirmişlər ki, kitabda müvafiq qanunvericiliyə aid bütün zəruri hüquq aktlar və onlara edilmiş əlavələr və dəyişikliklər əksini tapmışdır. Kitab həm də sorğu-məlumat xarakteri daşıyır. Azərbaycan Respublikasının Mülki, Cinayət, İnzibati Xətalar, Ailə və Vergi məcəllələrindən müvafiq hissələrinin də yer aldığı topluya dini təsisatların dövlət qeydiyyatına alınmasına dair sənəd nümunələrinin daxil edilməsi, həmin qurumlar üçün metodiki göstəriş xarakteri daşıyır.
Kitabdan istifadənin asanlaşdırılması məqsədi ilə normativ aktlar və sənədlər hüquqi bağlılıq üzrə tərtib olunmuşdur.
Toplu müvafiq dövlət orqanlarının əməkdaşları, hüquqşünaslar, dini qurumların üzvləri, dindarlar, habelə din sahəsində fəaliyyət göstərən digər fiziki və hüquqi şəxslər üçün nəzərdə tutulmuşdur.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında