SAM-da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Barak Obama administrasiyasının iştirakı məsələsi müzakirə olunmuşdur

Aprelin 29-da Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) "Barak Obama administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda "dəyirmi masa" keçirilmişdir.
Tədbirdə əsas məruzəçilər qismində Azərbaycanın tarixi ilə bağlı bir çox əsərlərin müəllifi, İsrailin Hayfa Universitetinin professoru Brenda Şafer və Corc Vaşinqton Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri, professor Kori Velt iştirak etmişlər.
Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu, eləcə də regionun aparıcı dövlətlərindən biri kimi ölkəmizin ABŞ-ın strateji tərəfdaşı olduğunu vurğulayan məruzəçilər bildirmişlər ki, bölgədə sülhün və sabitliyin təmin olunmasında Dağlıq Qarabağ münaqişəsinin həlli çox vacibdir. Bunun üçün də münaqişənin həllinin sürətləndirilməsinə təsir göstərə biləcək aparıcı dövlətlər bu istiqamətdə öz səylərini gücləndirməlidirlər.
SAM-ın əməkdaşlarının, siyasi şərhçilərin və xarici ekspertlərin qatıldığı "dəyirmi masa"da Cənubi Qafqazda sülhə və sabitliyə mane olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan-ABŞ münasibətləri, regionda cərəyan edən iqtisadi və siyasi proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında