Göyçayda "Gorus-2010: absurd teatrı mövsümü" kitabının ictimai müzakirəsi olmuşdur

2010-cu il oktyabrın 16-da Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda erməni diasporundan olan jurnalistlər qarşısında verdiyi bəyanatlar, xüsusən də erməni tarixi ilə bağlı uydurmaları dünyanın hər yerində, xüsusilə də respublikamızda yalan və saxtakarlığın bariz nümunəsi kimi qarşılanmışdır. 
Bu hadisədən sonra Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Ermənistan prezidenti tərəfindən irəli sürülmüş uydurma fikirləri ifşa etmək üçün "Gorus-2010: absurd teatrı mövsümü" kitabını yazmış və həmin əsassız faktlara tutarlı cavab vermişdir.
Bu kitab Göyçay rayonunda da maraqla qarşılanmış və aprelin 29-da onun ictimai müzakirəsi keçirilmişdir. Rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov qeyd etmişdir ki, akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabı Ermənistan prezidenti Sarkisyanın və onun havadarlarının, bütün erməni şovinistlərinin riyakarlığına, tarixi saxtalaşdırmaq cəhdlərinə çox sanballı, arxiv materiallarına, elmi əsərlərə istinadla əsaslandırılmış tutarlı cavabdır: "Kitabın qiyməti və əhəmiyyəti həm də ondadır ki, müəllif əsərdə erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa etmiş, Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını diqqətə çatdırmışdır", - deyə natiq vurğulamışdır.
Kitab haqqında fikirlərini bildirən icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, təhsil şöbəsinin müdiri Asif Nəbiyev və başqaları vurğulamışlar ki, informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbə vuran kitabda bədnam qonşularımız tərəfindən bizim doğma torpaqlarımızın, təbii sərvətlərimizin və mədəni irsimizin işğal edilməsi, özününküləşdirilməsi tam çılpaqlığı ilə ifşa olunmuşdur. Erməni tapdağı altında olan müqəddəs torpaqlarımızda nəinki milli, hətta bəşər mədəniyyəti üçün misilsiz əhəmiyyət kəsb edən yüzlərlə arxeoloji, tarixi, memarlıq abidələri, rəsm əsərləri məhv edilmişdir.
Müzakirələrdə çıxış edənlər akademik Ramiz Mehdiyevin belə bir fikrini xüsusi vurğulamışlar ki, Sarkisyanın ermənilərin hamıdan ali, hamıdan üstün olduğunu sübut etmək cəhdi faşizm əlamətidir. Əslində, bu fikir həyatda öz əksini tapmışdır. Çünki, Sarkisyan Xocalıda sözün həqiqi mənasında faşistlik etmişdir.
Sonda natiqlər bu nəşrin hər birimizin stolüstü kitabı olmasını, tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında gərəkliyini qeyd etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında