Ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü Moskva Dövlət Linqvistika Universitetində qeyd edilmişdir

Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Bu ali təhsil ocağının Azərbaycan dili və mədəniyyəti mərkəzində təşkil olunmuş tədbirdə universitetin müəllim və tələbələri iştirak etmişlər.
Mərkəzin rəhbəri, filologiya elmləri doktoru, Bakı Slavyan Universitetinin professoru Bella Musayeva ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətindən, ümummilli liderin Azərbaycan xalqının müstəqilliyi, suverenliyi və tərəqqisi uğrunda şərəfli həyat yolundan danışmışdır.
Sonra ümummilli liderimiz Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilmişdir.
Azərbaycan dili və mədəniyyəti mərkəzi dahi siyasi xadim, müasir müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünü geniş tədbirlər planı ilə qeyd etməyi planlaşdırır.
B.Musayeva ulu öndərin doğum günü ilə əlaqədar universitetdə Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə həsr olunmuş kitab və fotosərginin, "Xalqa həsr olunmuş həyat" mövzusunda "dəyirmi masa"nın və bu ali təhsil müəssisəsinin müəllim və tələbələrinin iştirakı ilə "Heydər Əliyev- ümummilli lider" adlı açıq dərsin keçiriləcəyini də söyləmişdir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında