Gürcüstan Azərbaycan ilə hüquqi əməkdaşlığın dərinləşməsinə böyük önəm verir

Azərbaycanda səfərdə olan Gürcüstanın ədliyyə naziri - baş prokuroru Zurab Adeişvili aprelin 29-da ədliyyə naziri Fikrət Məmmədovla görüşmüşdür. 
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, ölkələrimiz arasındakı dostluq və strateji tərəfdaşlıq münasibətlərinin daha da genişləndiyini vurğulayan F.Məmmədov dövlət başçılarının əlaqələrimizin inkişafına daim diqqət göstərdiklərini bildirmişdir. Nazir respublikamızda həyata keçirilən demokratik islahatlar, məhkəmə və ədliyyə sisteminin müasirləşdirilməsi, bu sahədə əldə olunan müsbət təcrübə barədə məlumat vermiş, səfərin hüquqi əməkdaşlığın inkişafına təkan verəcəyini bildirmişdir.
Gürcüstanın Azərbaycanla əlaqələrin hərtərəfli, o cümlədən hüquq-mühafizə orqanları arasında daha da dərinləşdirilməsində maraqlı olduğunu vurğulayan qonaq respublikamızda aparılan mütərəqqi dəyişikliklərlə tanışlıqdan məmnun qaldığını, qarşılıqlı səfərlərin və təcrübə mübadiləsinin əhəmiyyətini xüsusi qeyd etmişdir.
Z.Adeişvili ölkəsində ədliyyə infrastrukturunun yeniləşməsi və fəaliyyətdə müasir texnologiyaların tətbiqi barədə məlumat vermiş, may ayında Batumi Ədliyyə Nazirliyinin yeni binasının açılış mərasiminin keçiriləcəyini bildirmişdir.
Görüşdə ikitərəfli əməkdaşlığa dair bir sıra konkret təkliflər irəli sürülmüş, maraq doğuran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılmışdır.
Qonaqlar nazirlikdə Heydər Əliyev və Ədliyyə tarixi muzeyləri ilə tanış olmuşlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında