ABŞ konqresmeni: "Biz Azərbaycanla mövcud strateji tərəfdaşlığı yüksək qiymətləndiririk"

"Biz Azərbaycanla mövcud strateji tərəfdaşlığı yüksək qiymətləndiririk". APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Məclisində (MM) keçirdiyi görüşlərdən sonra brifinqdə ABŞ Konqresinin üzvü, ABŞ-Azərbaycan Dostluq Qrupunun rəhbəri Bill Şuster deyib.
İki ölkə arasında yaxşı tərəfdaşlıq əlaqələrinin mövcud olduğunu qeyd edən Bill Şuster bildirib ki, MM sədrinin birinci müavini Ziyafət Əsgərov və parlamentin üzvləri ilə görüşlərdə bir sıra məsələləri müzakirə ediblər: "Biz Azərbaycana İraq, Kosovo və Əfqanıstandakı fəaliyyətə, həmçinin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı roluna görə minnətdarlığımızı bildirdik. Dağlıq Qarabağ münaqişəsinə dair də müzakirələr apardıq. Biz münaqişənin sülh yolu ilə həllinə sadiqik və Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Biz, eyni zamanda, tərəfdaşlığın gücləndirilməsi yollarını da müzakirə etdik".
B. Şuster deyib ki, onunla birgə ABŞ Konqresinin digər üzvləri də Azərbaycana gəliblər və məqsəd Konqresdə Azərbaycanla bağlı məlumatlılığı artırmaqdır. Onun sözlərinə görə, MM-də keçirilən görüşdə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) və MM-in birgə həyata keçirdiyi layihə də müzakirə olunub və bu layihə Azərbaycan vətəndaşlarının seçdikləri təmsilçiləri ilə görüşlərinin təşkil olunması üçün böyük əhəmiyyət kəsb edir.
B.Şuster ABŞ-Azərbaycan əlaqələrindən danışaraq, bu əlaqələrin yaxşı perspektivlərinin olduğunu söyləyib: "Bölüşdüyümüz bir sıra ortaq maraqlar var. 11 sentyabr hadisələrindən sonra Azərbaycan terrorizmlə mübarizədə Əfqanıstan və İraqda ABŞ-la birgədir. Enerji təhlükəsizliyi sahəsində də birgə maraqlarımız var. Şəffaflıq və demokratik təsisatların yaradılması, gücləndirilməsi ABŞ üçün böyük əhəmiyyət kəsb edir. ABŞ bu demokratik təsisatın mövcud olduğu ölkələrlə əlaqələr qurmağa çalışır. Bunun üçün vaxt lazımdır".
B. Şuster Cekson-Venik düzəlişi ilə bağlı işlərin davam etdirildiyini də bildirib.
Qeyd edək ki, B. Şusterin rəhbərlik etdiyi nümayəndə heyətinə konqresmenlər Şon Daffi, Kris Merfi, Sedrik Riçmond, Adam Kinqizer və Con Deniel Ranyan daxildir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında