Əli Əhmədov: "Gəncliyin öz duyğuları var, gənclik öz duyğularını, xəyallarını bugünkü Azərbaycanla əlaqələndirir"

Yeni Azərbaycan Partiyasının (YAP) güclü gənclər təşkilatları var və partiya rəhbərliyi bu təşkilatlarla mütəmadi olaraq ölkənin müxtəlif guşələrində görüşlər keçirir, fikir mübadiləsi aparır. SİA-nın məlumatına görə, bu sözləri YAP-ın icra katibi, millət vəkili Əli Əhmədov Naftalan şəhərində "Azərbaycan gəncliyi və müasirlik" mövzusunda keçirilən konfrans zamanı jurnalistlərə açıqlamasında deyib. 
Bu gün Azərbaycanın layiqli gəncliyinin yetişdiyini deyən Ə.Əhmədov bildirib ki, bu gənclər prezident İlham Əliyevin apardığı siyasətin həyata keçirilməsində yaxından iştirak edirlər: "Bu gənclərin böyük bir hissəsi Yeni Azərbaycan Partiyası sıralarındadır. Biz gəncləri partiyanın gücünü, qüdrətini artıran və onun gələcək planlarının reallaşmasında töhvə verən qüvvə hesab edirik. Biz hər dəfə gənclərlə görüşəndə onlarda yüksək səviyyədə inkişaf etmiş vətənpərvərlik duyğularının olduğunu görürük. Eyni zamanda, bizim gənclərimizin Azərbaycan dövlətçiliyinə Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə dərindən bağlılığını da müşahidə edirik. Gənclərimiz həqiqi mənada özlərini Azərbaycanın gələcəyi hesab edirlər və bu gün özlərini gələcəyə hazırlayırlar. Layiqli Azərbaycan vətəndaşı missiyasını həyata keçirməyə gənclərimiz ciddi şəkildə hazırlaşırlar. Bu bizi sevindirir və bu aydın şəkildə göstərir ki, Azərbaycanın gələcəyi parlaqdır. Gələcək Azərbaycanın həqiqi sahibləri bu gün artıq yetişibdir və gələcəyin qədrini bilirlər".
Ə.Əhmədov qeyd edib ki, Azərbaycan gəncliyi ölkənin ictimai-siyasi sabitliyinin keşiyində dayanan vətəndaşlar kimi özlərini dərk edirlər: "Konfrans zamanı onların çıxışlarında da açıq şəkildə səsləndi ki, siyasi sabitlik hər bir vətəndaş üçün, xüsusən gənclərin inkişafı üçün yaradılmış əlverişli imkandır. Gənclərimiz bu imkandan yararlanaraq biliklərə yiyələnmək, dünyagörüşlərini genişləndirmək, sağlam iddialarını ortaya qoymaq, özlərini cəmiyyətə təqdim etmək istəyirlər. Bu imkanın yaradılmasına görə də Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə minnətdarlığını ifadə edirlər. Gəncliyin öz duyğuları var, gənclik öz duyğularını, xəyallarını bugünkü Azərbaycanla əlaqələndirir. Onlar aydın şəkildə dərk edirlər ki, gənclik xəyallarının həyata keçirilməsi üçün bugünkü siyasətdən savayı hər hansı bir siyasət, kurs daha əlverişli şərait yarada bilməz. Ona görə də bugünkü gəncliyi bugünkü siyasəti dəstəkləyən ən əzəmətli qüvvə hesab etmək mümkündür. Əlbəttə, gəncliyin qayğıları var və onlar istəyirlər ki, dövlətin həyata keçirdiyi siyasətdə bu qayğılar bu və digər şəkildə ifadə olunsun.
Azərbaycan gəncliyi gənclərlə bağlı dövlət proqramına böyük ümidlərlə baxır. Gənclər bu proqramla həyatı böyük ölçüdə dəyişəcəklərinə ümidlə baxırlar və belə də olacaq".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında