"Zərifə Əliyeva - ana, qadın, alim" mövzusunda müsabiqənin qalibləri mükafatlandırılmışlar

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və Xətai Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən "Zərifə Əliyeva - ana, qadın, alim" mövzusunda müsabiqəyə yekun vurulmuşdur. 
Aprelin 28-də Yeni Azərbaycan Partiyasının (YAP) Xətai rayon təşkilatının qərargahında görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 88-ci ildönümünə həsr olunmuş müsabiqənin qalibləri mükafatlandırılmışlar. Tədbirdə Milli Məclisin deputatları, tanınmış ictimai xadimlər iştirak etmişlər.
Mərasimi giriş sözü ilə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov açmışdır.
Sonra çıxış edən AQUPDK-nın sədri Hicran Hüseynova bildirmişdir ki, komitə olaraq biz hər il akademik Zərifə xanım Əliyevanın doğum günü ərəfəsində məktəblilər arasında müxtəlif müsabiqələr keçiririk. Builki müsabiqə çərçivəsində məktəblilərin "Zərifə Əliyeva - ana, qadın və alim" mövzusunda hazırladıqları yazıları xüsusi qeyd etmək istəyirəm. Hiss olunur ki, uşaqlar bu işə böyük həvəslə qoşulmuşlar. Hər məktəbli işlədiyi mövzuya öz dünyagörüşü baxımından yanaşmışdır. Yazıların işlənmə, mövzunun ifadə tərzləri fərqli və rəngarəngdir.
Zərifə xanım Əliyevanın ömür yolundan söhbət açan H.Hüseynova qeyd etmişdir ki, Zərifə xanım Əliyeva Azərbaycan qadınlarının bütün gözəl xüsusiyyətlərini özündə birləşdirən alim, qayğıkeş ana və fədakar həyat yoldaşı kimi şərəfli bir ömür yolu keçmişdir. Məhz Zərifə xanımın taleyinə Azərbaycanın ümummilli lideri Heydər Əliyev kimi şəxsiyyətin ömür-gün yoldaşı olmaq düşmüşdü. Artıq bu özü, ağır bir məsuliyyət, cavabdehlik demək idi. Zərifə xanım bu çətin, lakin şərəfli missiyanı ömrü boyu layiqincə yerinə yetirmiş, ulu öndərimizə etibarlı mənəvi dayaq olmuşdur. O, Heydər Əliyevin gərgin fəaliyyəti boyunca qarşılaşdığı bütün çətinlikləri paylaşırdı. Ulu öndərimiz Heydər Əliyev və Zərifə xanım Əliyeva insan kimi bir-birini üzvi surətdə tamamlayırdılar. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunə idi.
O, özünün analıq missiyasını da fədakarlıqla yerinə yetirirdi, övladlarına ən yüksək mənəvi keyfiyyətləri aşılayırdı. Bu gün Zərifə xanımın ruhu şaddır ki, Prezident İlham Əliyev ulu öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyini daha da möhkəmləndirir. Təkcə Azərbaycanda deyil, bütün dünyada tanınan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın cəmiyyətin ən imkansız üzvlərinə, xəstələrə qayğısı, elmə, mədəni irsimizə təmənnasız xidməti bu ənənələrdən qaynaqlanır.
Təhsil nazirinin müavini İradə Hüseynova, Milli Məclisin deputatı Hüseynbala Mirələmov diqqətə çatdırmışlar ki, Zərifə xanım Əliyeva müasir xanımlarımız üçün alim, insan və vətəndaş idealıdır. Onun xasiyyətində cəsarət, təvazökarlıqla bir-birini üzvi surətdə tamamlayaraq vəhdət təşkil edirdi. O, özünün yüksək vətəndaşlıq mövqeyi, həssaslığı, insanlara qayğı və diqqəti sayəsində xalqın dərin hörmətini və sevgisini qazanmışdır. Akademik Zərifə xanım Əliyeva daim ətrafına nur saçan böyük ziyalı idi.
Müsabiqədə Xətai rayonu məktəblərinin şagirdləri iştirak etmişlər. Təşkilat komitəsinə 35 iş daxil olmuş və münsiflər heyəti bunlardan üçünü seçmişdir. Birinci yerə 88 nömrəli məktəbin şagirdi Pərvin Rəhimli, ikinci yerə 204 nömrəli orta məktəbin şagirdi Könül Quliyeva, üçüncü yerə isə "Zəkalar" liseyinin şagirdi Gülməmməd Əhmədov layiq görülmüşlər. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılmışlar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında