Ukrayna Prezidentinin Azərbaycana səfəri ilə əlaqədar olaraq paytaxtın bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqdır

Ukrayna Prezidentinin Azərbaycana səfəri ilə əlaqədar olaraq paytaxtın bəzi küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılacaqdır. 
Bakı şəhəri Dövlət Yol Polisi İdarəsindən AzərTAc-a bildirmişlər ki, Ukrayna Prezidentinin paytaxtda hərəkət təhlükəsizliyini təmin etmək məqsədilə aprelin 28-də saat 14:30-dan etibarən paytaxtın aeroport şosesi istiqamətindən Heydər Əliyev prospekti ilə 10-cu zavod dairəsi, Y.Səfərov, Ü.Hacıbəyli küçələri, Azadlıq prospekti, Z.Əliyeva, R.Rza küçələri, Neftçilər prospekti, Azneft meydanı, Niyazi, İstiqlaliyyət, 10-cu Park, Lermontov, T.Elçin, M.Hüseyn və Parlament prospekti üzrə Fəxri Xiyaban, Şəhidlər Xiyabanı istiqamətində, eləcə də həmin marşrutla geriyə tədbir qurtaranadək avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırılaraq istiqamət dəyişdiriləcəkdir.
Qeyd olunan küçə və prospektlərdə avtomobillərin parklandırılmasının mümkünsüzlüyü nəzərə alınaraq xahiş olunur ki, şəxsi nəqliyyat vasitələrini bu istiqamətə mümkün qədər az istifadə etməklə alternativ yollarla hərəkət etsinlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında