MDB PA DİMBİ Bakı filialı "Demokratiya və vətəndaş cəmiyyətinin inkişafı: Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda "dəyirmi masa" keçirmişdir

MDB Parlament Assambleyasının Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi Beynəlxalq İnstitutunun (MDB PA DİMBİ) Bakı filialı aprelin 27-də "Demokratiya və vətəndaş cəmiyyətinin inkişafı: Azərbaycan Respublikasının təcrübəsi" mövzusunda "Dəyirmi masa" keçirmişdir. 
Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) təşkil olunmuş tədbirdə "Azərbaycanda demokratiyaya keçid nəzəriyyəsi", "Demokratiyanın təşəkkülü və inkişafında beynəlxalq təşkilatlarla əməkdaşlıq", "Normativ-hüquqi bazanın təkmilləşdirilməsi, həyata keçirilən islahatlar, seçki təcrübəsi", "Demokratik vətəndaş cəmiyyətinin qurulmasında gənclərin və qadınların rolu", "Tolerant cəmiyyətin Azərbaycan nümunəsi" mövzularında çıxışlar olmuşdur.
MDB PA DİMBİ Bakı Filialının mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə filialın əməkdaşları, AMİ-nin professor müəllim heyəti və tələbələr iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında