Azərbaycanlı rəssamların əsərləri fransızlarda böyük maraq doğurmuşdur

Azərbaycanın müstəqilliyini bərpa etməsinin 20 illiyi ilə bağlı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin Azərbaycan-Fransa dostluq qrupunun sədri Mehriban xanım Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə Fransada keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində aprelin 18-də Parisin möhtəşəm Vandom meydanındakı Evrö otelində açılmış azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi tamaşaçılarda böyük maraq doğurmuşdur. 
Bu fikir sərgiyə dair http:// montrichardandco.agence.presse.net saytında yerləşdirilmiş yazıda yer almışdır.
Yazının əvvəlində 2011-ci il Fransada Azərbaycanın mayak ili kimi dəyərləndirilmiş, müstəqilliyinin 20-ci ildönümünə qədəm qoymuş ölkəmizin Fransa ilə heç vaxt indiki qədər yaxın əməkdaşlıq etmədiyi, xüsusilə mədəniyyət və incəsənət sahələrində əlaqələr yaratmadığı vurğulanmışdır.
Məqalədə "Odlar diyarı, Azərbaycanın modern əsərləri" adlı bu sərgidə ölkəmizin tanınmış 18 fırça ustasının yaradıcılığında impressionizm cərəyanının zəngin ənənələrinin və müasirliyin əyani şəkildə nümayiş etdirilməsindən ətraflı bəhs olunur. Şərqlə Qərb arasında körpü rolunu oynayan Azərbaycanın Xəzər dənizi və Qafqaz sıra dağları ilə əhatə edildiyi, ölkə və onun paytaxtı Bakı şəhərinin həmişə mədəniyyətlərin və sivilizasiyaların mərkəzi olduğu bildirilir. Sərginin Azərbaycanda incəsənətin yüksək səviyyədə inkişafından, bu sahədə nəinki ölkəmizdə, habelə beynəlxalq aləmdə istedadlı azərbaycanlı rəssamların tanınmasından, dünyanın məşhur muzeylərində onların əsərlərinin nümayiş etdirilməsindən xəbər verdiyi diqqətə çatdırılır.
Materialda sərgidə 18 azərbaycanlı rəssamın 34 əsərinin nümayiş etdirilməsi barədə fransız oxucularına məlumat verilir. Sərgidə tanınmış yaşlı rəssamlarla yanaşı, gənc fırça ustalarının da əsərlərinin nümayiş etdirildiyi qeyd olunur. 1982-ci ildə anadan olmuş Aida Mahmud və onun özünəməxsus orijinal üslubda yaratdığı əsərdən söhbət açılır.
Yazıda fransızların dünyaşöhrətli rəssam Tahir Salahovu yaxşı tanıdıqları və onun yaradıcılığına yaxından bələd olduqları xüsusi vurğulanmış, Rusiya İncəsənət Akademiyası prezidentinin müavini, müxtəlif ölkələrin yüksək mükafatları ilə təltif edildiyi qeyd edilir. Portret və peyzaj ustası kimi tanınmış rəssamın sərgidə nümayiş etdirilən əsərlərinin tamaşaçılar tərəfindən yüksək qiymətləndirildiyi, bunun isə öz növbəsində Azərbaycan incəsənətinə verilən qiymət kimi başa düşüldüyü xüsusi vurğulanır.
Azərbaycan-Fransa əlaqələrinin inkişafında xüsusi xidməti olan respublikamızın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və təşkilatçılığı ilə bu il Fransada keçirilən Azərbaycan mədəniyyəti günləri çərçivəsində fevral ayında möhtəşəm qala konsertinin fransızlar arasında böyük əks-səda doğurduğu, mədəniyyət günlərinin davamı kimi " Odlar diyarı, Azərbaycanın müasir əsərləri " sərgisinin iki ölkə arasında digər sahələrdə olduğu kimi incəsənət sahəsində də əməkdaşlığın inkişafına öz töhfəsini verdiyi, sərginin incəsənət həvəskarları üçün mühüm hadisə olduğu bildirilir. Yazıda əsərləri nümayiş etdirilən rəssamların hər birinin tərcümeyi-halı və yaradıcılığı barədə qısa məlumat verilmişdir.
"Azərbaycanı kəşf et" başlıqlı yarımsərlövhədə ölkəmiz haqqında ətraflı məlumat verilmişdir.

{nl}

Əsgər ƏLİYEV AzərTAc-ın xüsusi müxbiri
Paris

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında