Avropa İnsan Hüquqları Məhkəməsinin gələcək fəaliyyətinə dair İzmir Bəyannaməsi qəbul olunub

Türkiyənin İzmir şəhərində Avropa Şurasına üzv ölkələrin ədliyyə nazirləri və məhkəmə ekspertləri səviyyəsində Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) gələcək fəaliyyəti ilə bağlı qurumda aparılan islahatların davamına həsr olunmuş konfransın sonunda yekun bəyannamə qəbul edilib.
APA-nın İzmirə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, toplantı iştirakçıları İzmir Bəyannaməsini qəbul etməklə öz ölkələrinin Avropa İnsan Haqları Konvensiyasına və Avropa İnsan Haqları Məhkəməsinin fəaliyyətinə sadiq qaldıqlarını bir daha təsdiqləmiş olublar. Bəyannamədə qeyd olunur ki, iştirakçı dövlətlər 19 fevral 2010-cu ildə qəbul edilmiş İnterlaken Bəyannaməsi və Fəaliyyət Planındakı prinsiplərə sadiq qalaraq, uyğun bir zamanda İnterlaken prosesinin davam etdirilməsinin və Məhkəmənin daha da fəal işləyə bilməsi məqsədi ilə qurumda lazımi davamlı islahatların aparılmasının vacibliyini vurğulayırlar.
Bəyannamədə tərəflər Məhkəməyə gələn şikayətlərin sayının artmasından narahat olduqlarını bildirərək, 14-cü Protokolun səmərəli olmasını qəbul etsələr də, bu sənədin Konvensiyanın bu gün üzləşdiyi qlobal problemlərin öhdəsindən uzunmüddətli olaraq tam gələ bilməməsini vurğulayıblar. İştirakçılar son zamanlar Avropa İttifaqının Avropa İnsan Hüquqları Konvensiyasına qoşulması istiqamətində qurumla apardığı danışıqları və bu istiqamətdə İnterlaken prosesindən sonra gözəçarpan irəliləyişlərin olduğunu da yüksək qiymətləndiriblər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında