Strateji Araşdırmalar Mərkəzində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi müzakirə olunacaq

Aprelin 29-da Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində "Barak Obama administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi" mövzusunda dəyirmi masa keçiriləcək.
SAM-dan APA-ya verilən məlumata görə, tədbirdə əsas məruzəçilər qismində Azərbaycanın milli identikliyi və tarixi ilə bağlı bir çox əsərlərin müəllifi, Hayfa Universitetinin (İsrail) professoru Brenda Şafer və Corc Vaşinqton Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri, professor Kori Velt iştirak edəcəklər.
SAM-ın əməkdaşlarının, siyasi şərhçilərin və xarici ekspertlərin iştirak edəcəyi tədbirdə Cənubi Qafqaz regionunda sülhə və sabitliyə mane olan Dağlıq Qarabağ münaqişəsi, ABŞ-Azərbaycan münasibətləri, regionda baş verən geoiqtisadi və geosiyasi proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında