Ölkəmizin gələcəyi elmin inkişaf potensialından asılıdır

"Prezident İlham Əliyevin akademiya şəhərciyində aparılan əsaslı təmir işləri ilə tanış olması, AMEA-nın illik yığıncağında çıxışı Azərbaycan elminin inkişafında çox böyük hadisədir". Bu sözləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəsmi saytına açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Gövhər Baxşəliyeva deyib. Onun fikrincə, Tarix Muzeyinin təmiri, onun yeni eksponatlarla təchiz olunması, Nizami adına Ədəbiyyat Muzeyinin açılışı və Prezidentin bu tədbirlərdə iştirakı Azərbaycanda elmə, mədəniyyətə verilən yüksək qiymətdən xəbər verir.
G.Baxşəliyeva hesab edir ki, ulu öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişindən sonra və hazırda Azərbaycanda elmin inkişafına çox böyük diqqət göstərilir. O, sözünə davam edərək deyib: "AMEA-nın illik ümumi yığıncağı zamanı biz bir daha əmin olduq ki, Azərbaycanda elmin ən böyük himayədarı Prezident İlham Əliyevdir".
G.Baxşəliyeva qeyd edib ki, Prezident İlham Əliyev yığıncaqdakı çıxışında alimlərin əməyinə yüksək qiymət verdi. Onun sözlərinə görə, dövlət başçısı Azərbaycanda elmin inkişafı, modernləşməsi, böyük elmi məktəblərin qorunub saxlanması haqqında dəyərli fikirlər bildirib". "Yığıncaq zamanı dövlət başçısı alimlər tərəfindən səslənmiş təkliflərə də müsbət münasibətini ifadə etdi. Bilirsiniz ki, alimlərin sosial təminatının yaxşılaşdırılması diqqət mərkəzindədir, vaxtaşırı məvaciblər artırılır. Amma Prezident qeyd etdi ki, bugünkü təminat kifayət deyil və ona görə də yaxın vaxtlarda elm adamlarının sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti addımlar atılacaq. Bütün bunlar onu göstərir ki, Azərbaycan elminin inkişafı, modernləşməsi, dünya elminə inteqrasiya etməsi üçün iqtidar əlindən gələni edir. Prezident İlham Əliyev öz mövqeyi ilə sübut edir ki, o, nəinki böyük ictimai-siyasi xadimdir, eyni zamanda, ən müasir səviyyədə düşünən alimdir".
Elmlər Akademiyasının fəaliyyətinin gücləndirilməsinə göstərilən diqqət və qayğıdan söhbət açan G.Baxşəliyeva deyib: "1992-ci ildə hakimiyyətdə olan AXC-Müsavat cütlüyü Azərbaycan elminə tam başqa münasibət bəsləyirdi. Onların bir illik hakimiyyəti dövründə Elmlər Akademiyasının ləğv olunması fikri səsləndirilirdi. Sovetlərdən qalmış qurum kimi onun ləğvini iddia edirdilər. Bu fikri yalnız elmə aidiyyəti olmayan adamlar deyə bilərdilər. Çox şükürlər olsun ki, onların hakimiyyəti çox davam etmədi. 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra ilk görüşlərinin birini akademiyanın Rəyasət Heyətinin binasında alimlərlə keçirdi. Ulu öndərimiz o zaman bildirdi ki, Elmlər Akademiyası Azərbaycan xalqının böyük sərvətidir və bu sərvəti qoruyub yaşatmalıyıq. Qısa müddət ərzində bir sıra fərman və sərəncamlar verildi ki, bütün bunlar akademiyanın cəmiyyətdə, elmi ictimaiyyətdə mövqeyini qat-qat artırmış oldu. Bütün sahələrdə olduğu kimi, elm sahəsində də Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin yolunu davam etdirir. Bildiyiniz kimi, Azərbaycan elminin inkişaf strategiyası təsdiq olunub. 2009-2015-ci illərdə elmin inkişaf strategiyasının həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib. Elmin İnkişaf Fondu yaradılıb və s. addımlar atılıb. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə ilbəil diqqət artırılır".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında