Elmin inkişafına verilən dəstək bütün alimləri məmnun etmişdir

2011-ci ilin aprelin 26-sı Azərbaycan Milli Elmlər Akademiyasının tarixində gözəl və yaddaqalan bir gün olacaq. Həmin gün ölkəmizin Prezidenti cənab İlham Əliyev AMEA-nın illik hesabat yığıncağında iştirak etdi.
Dünya şöhrətli, dahi və müdrik Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz ulu öndərin böyük siyasi kursuna sadiq qaldığını bir daha nümayiş etdirdi.İclasın başlanğıcında möhtərəm Prezidentimizin ölkənin inkişafında elmin rolu haqqında dərin məzmunlu çıxışı elmi ictimaiyyət tərəfindən çox yüksək qiymətləndirildi. Möhtərəm Prezidentimiz Azərbaycanın siyasi müstəqilliyinin möhkəm olmasında Azərbaycan alimlərinin elmi nəticələrinin böyük rolu olduğunu qeyd etməsi hamımızda qürur hissi oyatdı.
Cənab İlham Əliyev bütün iclas boyu alimlərin çıxışlarını və təkliflərini diqqətlə dinlədi və sonda hər bir təklifə analitik münasibət bildirdi və faktiki olaraq elm ağsaqqallarının bütün təkliflərini bəyəndiyini söylədi.
Möhtərəm Prezidentimiz bütövlükdə alimlərin sosial problemlərinin həlli, elmi mərkəzlərin maddi-texniki bazalarının gücləndirilməsi məsələlərinin, xüsusən də gənc alimlərə əlverişli şəraitlərin yaradılması işinin təşkili üçün tədbirlər görülməsinə göstərişlər verəcəyini söylədi.
İclasın keçirildiyi salonun, bütövlükdə əsas binanın ən müasir səviyyədə əsaslı təmir olunub istifadəyə verilməsi də bizi çox sevindirdi. Bizi sevindirən məsələlərdən biri də o oldu ki, cənab Prezident ölkənin aparıcı şirkətlərinin rəhbərlərinə xüsusi tapşırıq verdi ki, Azərbaycan alimlərinin elmi potensialından maksimum dərəcədə istifadə etsinlər.
Biz ölkə başçısının elmə çox böyük önəm və dəyər verdiyini ürəkdən alqışlayırıq, onun bütün sahələrdə, o cümlədən daxili və xarici siyasətdə bütün qərarlarını dəstəkləyirik və hər zaman onun yanında olduğumuzu bildiririk.
Biz fəxr edirik ki, bütün dünya siyasətində yüksək səviyyədə qəbul olunan sözü keçərli və ölkəmizi uğurlu gələcəyə aparan Prezidentimiz var.

{nl}

Vaqif ABBASOV, AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında