Teymur Bünyadov: Azərbaycan Prezidentinin AMEA-nın illik ümumi yığıncağındakı dərin məzmunlu çıxışında ölkəmizin alimlərinin qarşısında ciddi vəzifələr qoyulur

"Azərbaycan Milli Elmlər Akademiyasının illik ümumi yığıncağında Prezident İlham Əliyev dərin məzmunlu çıxış etdi. Proqram xarakterli bu çıxışda ölkəmizin alimlərinin qarşısında ciddi vəzifələr qoyulur". Bu fikirləri yap.org.az saytına açıqlamasında AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun tarixi etnoqrafiya şöbəsinin rəhbəri, akademik Teymur Bünyadov deyib.
T.Bünyadov bildirib ki, AMEA-nın illik ümumi yığıncağında Azərbaycan elminin uğurları və qarşıda duran vəzifələr geniş müzakirə olunub. Xalqımızın tarixi, mədəniyyəti və adət-ənənələri mənəvi cəhətdən çox zəngindir.
Təbii ki, bu zənginliyin elmi cəhətdən dərindən araşdırılması davam etdirilməli və bütün dünyaya təqdim olunmalıdır. Bu baxımdan, dövlətimizin başçısının tövsiyələri böyük məna daşıyır. Yığıncaqda dövlət başçısı müxtəlif istiqamətlər üzrə, həmçinin, arxeologiya və etnoqrafiya sahəsi ilə bağlı da tövsiyələrini verdi və araşdırmaların genişləndirilməsinin zəruriliyini vurğuladı. Şübhəsiz ki, araşdırmaların gücləndirilməsi yeni-yeni elmi uğurların qazanılmasına öz töhfəsini verəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında