Bakıda Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiya Şurasının növbəti iclası keçirilmişdir

Aprelin 27-də Bakıda Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiya Şurasının (DNİHİBKŞ) 39-cu toplantısı keçirilmişdir. 
Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə gül dəstələri qoymuşlar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də tər güllər düzülmüşdür.
Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılmış, məzarları üstünə güllər düzülmüşdür.
Tədbiri giriş sözü ilə açan DNİHİBKŞ-ın baş katibi Gennadi Kosolapov bildirmişdir ki, 1992-ci ildə yaradılmış quruma Baltikyanı və MDB ölkələri dəmiryolçularının həmkarlar ittifaqları daxildir. Hazırda bu ölkələrin demək olar ki, hamısında dəmir yolları yenidən qurulur. Bununla yanaşı, dəmiryolçuların sosial rifahının yaxşılaşdırılması istiqamətində də mühüm işlər görülür.
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Qurban Nəzirov son illər dəmir yolunda həyata keçirilən əsaslı islahatlar, yeniləşmə prosesləri, "Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı" ilə bağlı görülən işlər, dəmiryolçuların sosial-iqtisadi mənafelərinin və əmək hüquqlarının müdafiəsi, onların maddi rifah halının yaxşılaşdırılması haqqında qonaqlara ətraflı məlumat vermişdir.
Aprelin 28-dək işinə davam edəcək tədbirdə DNİHİBKŞ-ın cari fəaliyyəti, Azərbaycan dəmir yolu nəqliyyatında müdiriyyətin və həmkarlar ittifaqlarının sosial siyasət və sosial qarşılıqlı əlaqəsi təcrübəsi, sahə əməkçilərinin sosial-iqtisadi vəziyyəti, həmkarlar təşkilatlarının fəaliyyəti və s. məsələlər müzakirə ediləcəkdir.
İclasda DNİHİBKŞ-ın, Rusiya, Ukrayna, Belarus, Moldova, Qazaxıstan, Gürcüstan və Tacikistan dəmir yollarının həmkarlar ittifaqı komitələrinin nümayəndə heyətləri iştirak edirlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında