Beynəlxalq şahmat festivalında daha bir tur

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş "Naxçıvan open-2011" beynəlxalq şahmat festivalının "A" turnirinin üçüncü oyun günü azərbaycanlı qrossmeyster Rəsul İbrahimovun yarışın ən yüksək reytinqə malik iştirakçısı çinli Van Yue ilə görüşü diqqət mərkəzində olmuşdur. Bu görüşdə rəqiblər bir-birinin müqavimətini qıra bilməyərək heç-heçəyə razılaşmışlar.
Üç turdan sonra turnirdə xal itirməyən iştirakçı yoxdur. On şahmatçının hərəyə 2,5 xalı vardır. Bunlar İbrahimov, macarıstanlı Zoltan Almaşi, İvan Sokolov (Hollandiya), ukraynalılar Yevgeni Miroşniçenko, Anton Korobov, ispan Fransisko Valyexo, Aleksey Aleksandrov (Belarus), Rusiya təmsilçiləri Maksim Turov, Konstantin Landa və Sergey Volkovdur.
Liderlərin ən yaxın 15 izləyicisi, o cümlədən həmyerlilərimiz Xəyalə Abdulla, Nicat Abbasov, Eltac Səfərli, Fərid Abbasov, Qədir Hüseynov, Loğman Quliyev və Vasif Durarbəyli 2 xal toplamışlar.
"B" turnirinin mükafatları uğrunda isə 104 rəqib mübarizə aparır. Gürcüstanlı Nino İmnadze istisna olmaqla bu yarışın bütün iştirakçıları Azərbaycan şahmat məktəbinin yetirmələridir. Onlardan doqquz nəfəri start turlarında maksimum nəticə göstərərək 3 xal toplamışdır.
Dünən hər iki turnirdə dördüncü turun görüşləri keçirilmişdir. Xatırladaq ki, festival doqquz turdan ibarətdir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında