"Milli Tərəqqi Uğrunda" İctimai Koalisiyanın təqdimatı olub

Qloballaşan dünyada xalqımıza məxsus əxlaqi keyfiyyətlərin, milli mənəvi dəyərlərin qorunub saxlanılması və təbliği, onların zərərli təsirlərdən uzaq tutulması və bu kimi cəhətlər bir çox ziyalını düşündürən aktual məsələlərdəndir.
Odur ki, bunu nəzərə alan yeddi qeyri-hökümət təşkilatı "Milli Tərəqqi Uğrunda" İctimai Koalisiya yaradıb. Bu barədə Atatürk Mərkəzində keçirilmiş təqdimatda "Müasir İnkişaf" İctimai Birliyinin sədri, "Türk eli" jurnalının baş redaktoru Mübariz Aşırlı məlumat verdi. Koalisiyanın yaranma zərurəti və əhəmiyyətindən danışdı və bildirdi ki, Milli QHT Forumunun rəhbərliyinin yüksək qiymətləndirdiyi qurum öz ictimai faydalı addımları ilə fərqlənəcək:"Məqsədimiz milli düşüncəyə, dövlətçiliyə xidmət edən və onun daha da inkişafı naminə qeyri-hökümət təşkilatlarının səy və qüvvələrini birləşdirmək, vətənpərvərlik ruhunun yüksəldilməsi, milli dəyərlərin təbliği istiqamətində fəaliyyət göstərməkdir. Biz eyni zamanda bu istiqamətdə dövlət strukturları ilə də əməkdaşlıq edəcəyik. "
BESAM Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin rəhbəri Aygün Həsənoğlu dünyada gedən qloballaşma prosesinin müsbət və mənfi tərəflərinə toxundu. Bildirdi ki, milli mənəvi dəyərlərin zərərli amillərdən qorunması, bu istiqamətdə addımların atılması vacibdir.
Tədbirdə çıxış edən tarix elmləri namizədi Güllü Yoloğlu və digər ziyalılar koalisiyaya fəaliyyətində uğurlar arzuladılar.
Qeyd edək ki, koalisiyada Dünya Gənc Yazarlar Birliyi, BESAM Beynəlxalq Elmi Araşdırmalar Mərkəzi, "Oğuz" Müstəqil Araşdırmaçılar Qrupu, "Qlobal İnteqrasiya və Dialoq Mərkəzi və digər təşkilatlar təmsil olunur.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında