Gəncədə görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin xatirəsi yad edilmişdir

Görkəmli alim və yazıçı Mir Cəlal Paşayevin anadan olmasının 108 illiyi vaxtilə təhsil aldığı və işlədiyi Gəncədə qeyd edilmişdir.
Bu münasibətlə ədibin ev-muzeyində keçirilən xatirə gecəsində iştirak edən şəhər ictimaiyyətinin nümayəndələri, alimlər, vaxtilə onun dərs dediyi tələbələri çıxış edərək onun bir müəllim, yazıçı və görkəmli elm xadimi kimi xidmətlərindən, Gəncə dövrü ilə bağlı yaradıcılığının əsas xüsusiyyətlərindən, eləcə də onun Azərbaycan elminə və ədəbiyyatına bəxş etdiyi ölməz irsindən danışmışlar.
Sonra görkəmli ədibin ad günü münasibətilə şəhər məktəbliləri arasında keçirilən inşa müsabiqəsinin qaliblərinin adları açıqlanmış və onlara yazıçının seçilmiş əsərləri təqdim olunmuşdur.
Xatirə gecəsi şəhərin incəsənət ustalarının ifasında səslənən musiqi nömrələri ilə başa çatmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında