Bakıda Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsinə dair Konvensiyanın müzakirəsi ilə bağlı işçi qrupunun iclası işə başlamışdır

Aprelin 26-da Bakıda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın hazırlanması üzrə işçi qrupunun ikigünlük iclası öz işinə başlamışdır.
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Xəzəryanı ölkələrin rəhbərlərinin Bakı sammitindən sonra işçi qrupunun bir sıra görüşlər keçirdiyini və həmin görüşlərin indiki iclasın təşkilinə töhfə verdiyini vurğulamışdır.
Nazir müavini Bakıda imzalanmış "Xəzər dənizində təhlükəsiz əməkdaşlıq haqqında" Sazişdən söz açmışdır. Bildirmişdir ki, bu sənəd Xəzəryanı ölkələr arasında sərhəd və gömrük xidmətlərinin əməkdaşlığına təkan vermişdir. Xəzəryanı ölkələr arasında yüksək səviyyəli əməkdaşlıq ruhu mövcuddur ki, bu da region xalqlarının rifahı naminə ciddi layihələrin həyata keçirilməsinə şərait yaradır.
X.Xələfov iclas barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, iclasda Konvensiya üzrə mövqelərin razılaşdırılmasına dair işlər davam etdiriləcək və Bakı sammiti zamanı qəbul edilən protokol və qərarlar müzakirə olunacaqdır.
İclasda İranın Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Məhəmməd Mehdi Axundzadə, Rusiyanın Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsinə dair xüsusi işçi qrupunun nümayəndəsi Aleksandr Qolovin, Türkmənistanın Xəzər üzrə xüsusi nümayəndəsi Murat Atacanov, Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay məruzələrlə çıxış etmiş və Xəzər dənizində nərə balıqlarının ovlanmasında maratoriya-qadağa qoyulmasını müzakirə etmişlər.
Nümayəndə heyətlərinin rəhbərləri müzakirələrin tərəflərin birgə səyi nəticəsində iştirakçılar arasında anlaşmaların daha da sıx olmasına imkan yaradacağını bildirmişlər.
Tərəflər, həmçinin Xəzəryanı ölkə başçılarının Moskvada keçiriləcək növbəti sammitinə qədər əhəmiyyətli sənəd layihələrinin hazırlanmasının vacibliyini qeyd etmişlər. Bundan əlavə, tərəflər Xəzərin bioresurslarından səmərəli istifadə, onların qorunması və artırılması haqqında sazişin əhəmiyyətini vurğulamış, Xəzəryanı ölkələrin bu istiqamətdə səylərinin gücləndirilməsinə çağırmışlar.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında