Neft sazişləri təsdiqlənmək üçün Milli Məclisin müzakirəsinə çıxarılmışdır

Aprelin 26-da Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilmişdir. 
İclasda əvvəlcə "Xəzər dənizinin Azərbaycan sektorunda Şəfəq-Asiman dəniz blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında imzalanmış Saziş layihəsi müzakirə olunmuşdur.
Milli Məclis sədrinin müavini, komitənin sədri Valeh Ələsgərov demişdir ki, ötən il oktyabrın 7-də imzalanmış bu sənəddə Azərbaycan dövlətinin mövqeyi və maraqları yüksək səviyyədə qorunur. Sazişə əsasən, tərəflərin hər biri 50 faiz paya malikdirlər.
Sənaye hasilatına başlanma gününədək mühəndis-texniki işçilərin 50-70 faizini, fəhlələrin isə 80 faizini, hasilata başlandıqdan 5 il sonra isə müvafiq olaraq 90-95 faizini azərbaycanlılar təşkil edəcəklər.
Sonra Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, UQE-LANSER PTİ.LTD və ARDNŞ-in Ortaq Neft Şirkəti (ONŞ) arasında imzalanmış "Azərbaycan Respublikasında Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Saziş layihəsi müzakirə olunmuşdur.
Bildirilmişdir ki, sənədə əsasən ONŞ 25 faiz, UQE LANSER PTİ.LTD 75 faiz paya malik olacaqlar. Bu layihənin həyata keçirilməsində də azərbaycanlı işçilərin sayı 70-95 faiz arasında olacaqdır.
Müzakirələr zamanı çıxış edən deputatlar hər iki sənədin peşəkar formada hazırlandığını vurğulamışlar.
Bildirilmişdir ki, hər iki saziş Azərbaycanın zəngin təbii ehtiyatlarından səmərəli istifadəni özündə ehtiva edir. Bu, həm də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu neft strategiyasının tərkib hissəsidir.
Layihələrin reallaşdırılmasının ölkə iqtisadiyyatının inkişafına təkan verəcəyi də xüsusi qeyd edilmişdir.
Müzakirələrdən sonra qanun layihələri parlamentin plenar iclasında baxılmağa tövsiyə olunmuşdur.

{nl}


AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında