Tarixi həqiqətlər erməniləri ifşa edir

2010-cu il oktyabrın 16-da Ermənistan Prezidenti Serj Sarkisyanın Gorusda erməni diasporundan olan jurnalistlər qarşısında verdiyi bəyanatlar, xüsusən də erməni tarixi ilə bağlı uydurmalar dünyanın hər yerində, xüsusilə respublikamızda yalan və saxtakarlığın bariz nümunəsi kimi qarşılanmışdır.
Hadisədən cəmi 17 gün sonra tanınmış filosof-alim, akademik, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Ermənistan prezidentinin cəfəng fikirlərinə "Gorus-2010: absurd teatrı mövsümü" əsəri ilə tutarlı cavab verdi.
Ölkəmizin hər yerində olduğu kimi Zərdab rayonu ictimaiyyəti tərəfindən də bu dəyərli kitab dərin maraqla qarşılanmışdır. Aprelin 23-də Zərdab Rayon İcra Hakimiyyətində akademik Ramiz Mehdiyevin bu yeni tarixi elmi əsərinin müzakirəsinə həsr olunmuş "Gorus-2010: absurd teatrı mövsümü" kitabı informasiya müharibəsində erməni təbliğatına sarsıdıcı zərbədir" mövzusunda dəyirmi masa keçirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, gənclərin, qadınların, məcburi köçkünlərin iştirak etdiyi dəyirmi masada rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayev akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının elmi məziyyətləri barədə geniş çıxış etmişdir. Lütvəli Babayev çıxışında qeyd etmişdir ki, Ramiz Mehdiyevin yeni elmi kitabı Ermənistan prezidenti Sarkisyanın və onun havadarlarının, bütün erməni şovinistlərinin riyakarlığına, tarixi saxtalaşdırmaq cəhdlərinə çox sanballı, arxiv materiallarına, elmi əsərlərə əsaslandırılmış tutarlı cavabdır. Kitabın qiyməti və əhəmiyyəti həm də ondadır ki, müəllif əsərdə erməni liderlərinin tarixi saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti yeni uydurma və yalanlarla çaşdırmaq cəhdlərini elmi dəlillərlə ifşa etmiş, Ermənistan dövlətinin əzəli Azərbaycan torpaqlarında yaradıldığını diqqətə çatdırmışdır.
Kitab haqqında öz fikirlərini bildirən yığıncaq iştirakçıları vurğulamışlar ki, kitabda bədnam qonşularımız tərəfindən doğma torpaqlarımızın, təbii sərvət və mədəni irsimizin işğal edilməsi və özününküləşdirilməsi tam çılpaqlığı ilə ifşa olunmuşdur. Erməni tapdağı altında olan müqəddəs torpaqlarımızda nəinki milli, hətta bəşər mədəniyyəti üçün misilsiz əhəmiyyət kəsb edən yüzlərlə arxeoloji, tarixi, memarlıq abidələri, rəsm əsərləri məhv edilmişdir. Erməni prezidenti Gorusda təşkil etdiyi teatrda utanmadan, dünya elmi ictimaiyyətinin ümumi fikrini nəzərə almadan bəyan edir ki, erməni dilinin ən azı 8 min illik tarixi var. Halbuki bu günə qədər dünyanın bütün alimləri yekdil razılığa gəlmişlər ki, dünyanın ən qədim sivilizasiyası şumerlərin tarixi 7 min il əvvəllərə təsadüf edir.
Müzakirələrdə çıxış edənlər Ramiz Mehdiyevin belə bir fikrini xüsusi vurğulamışlar ki, Sarkisyanın ermənilərin hamıdan ali, hamıdan üstün olduğunu sübut etmək cəhdi faşizm əlamətidir. Əslində bu fikir həyatda əz əksini tapıb. Çünki Sarkisyan Xocalıda sözün həqiqi mənasında faşistlik etmişdir. Ermənilər öz məzmunsuz "mübarizələrinə" bir ad tapa bilmir, qonşu dövlətin ərazisinin işğalına haqq qazandırmaq üçün "xalqların öz müqəddəratını təyin etmək hüququ"nu bayraq ediblər.
Sonda çıxış edənlər bu əsərin tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük əhəmiyyət kəsb etdiyini vurğulamışlar.

{nl}

Ziyəddin SULTANOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında