"Ermənistan: əsir və girovları qaytar" adlı beynəlxalq kampaniya başlanıb

Ermənistanda girov və əsir saxlanılan 783 nəfər Azərbaycan vətəndaşının taleyi hələ də naməlum olaraq qalır. Bunun üçün "Ermənistan: əsir və girovları qaytar" adlı beynəlxalq kampaniyaya start verilib. Bu barədə Atatürk Mərkəzində keçirilmiş tədbirdə BESAM Beynəlxalq Elmi Araşdırmalar Mərkəzinin rəhbəri, "Erməni sindromu", "Erməni əsirliyində" və bir sıra kitabların müəllifi, tədqiqatçı-yazıçı Aygün Həsənoğlu açıqlama verdi.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətini yüksək qiymətləndirən Aygün Həsənoğlunun sözlərinə görə, rəhbərlik etdiyi qurum qeyri-hökümət təşkilatı kimi əsir və girovların ailələri ilə görüşüb onların müraciətləri əsasında bu məsələyə beynəlxalq ictimaiyyətin diqqətini yönəldəcək. "İllərdir ki, müharibə dövründən bu yana əsir və girovluqda saxlanılan vətəndaşlarımızdan xəbər yoxdur. Ermənistan onların taleyi barədə heç bir məlumat vermir. Biz isə beynəlxalq təşkilatlara müraciət ünvanlayıb, onların soydaşlarımızın taleyi ilə bağlı maraqlanmasını xahiş edəcəyik." Kampaniya çərçivəsində ilkin mərhələ kimi əsir və girovlarla bağlı məlumatlar beynəlxalq təşkilatlara, xaricdə fəaliyyət göstərən diaspor təşkilatlarına göndəriləcək. Daha sonra isə dəqiq faktlar əsasında beynəlxalq hüquq normalarına uyğun olaraq, bir sıra əsir və girovluqda olan soydaşlarımızın taleyi ilə bağlı beynəlxalq səviyyədə məhkəmə iddiası qaldırılması nəzərdə tutulur.
Bakı Dövlət Universitetinin müəllimi, filologiya elmləri namizədi Vüqar Zifəroğlu çıxışında informasiya müharibəsinin psixoloji aspektlərindən və medianın bu istiqamətdə rolundan danışdı. O, Ermənistan-Azərbaycan münaqişəsinin tarixi kökləri, zəruri faktları əhatə edən saytların, informasiya resurslarının müxtəlif əcnəbi dillərdə sayının daha da artırılmasının vacibliyini vurğuladı. Çıxış edənlər məsələnin aktual olduğunu və digər təşkilatların da bu kampaniyaya dəstək olmasını bildirdilər.
Qeyd edək ki, əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının keçən ilə aid araşdırmalarına əsasən 552 nəfər əsir girovluqda qətlə yetirilib və ya müxtəlif səbəblərdən vəfat edib. Onlardan 104 nəfəri qadın, 447 nəfəri kişidir.

{nl}

Əfsanə BAYRAMQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında