Gəncədə akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir

Gəncədəki Azərbaycan Dövlət Aqrar Universitetində akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsi ilə əlaqədar elmi-praktiki konfrans keçirilmişdir.
Tədbirdə YAP Gəncə Şəhər Təşkilatının sədri İsrafil İsmayılov, universitetin rektoru, professor Mirdamət Sadıqov, AMEA-nın müxbir üzvü, Gəncə Elmi Mərkəzinin direktoru Fuad Əliyev və başqaları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının məziyyətlərindən danışmışlar.
Natiqlər bildirmişlər ki, əsər erməni yalanlarına sanballı cavabdır. Kitab elmi əsaslara və faktlara əsaslanır, erməni riyakarlığına, Azərbaycana nifrət ab-havası yaratmağa çalışan dairələrə sarsıdıcı zərbədir. Müəllif tarixin bütün mərhələlərində böyük dövlətlərin himayəsi ilə azərbaycanlılara və türklərə qarşı soyqırımı siyasəti yeridən ermənilərin iç üzünü açmaqla yanaşı, həm də yeni faktlar üzə çıxarmışdır. Bu faktlarla sübut etmişdir ki, hayların "erməni" toponiminə heç bir dəxli yoxdur. Onlar antropoloji baxımdan praktiki olaraq yeganə xalqdır ki, Cənubi Qafqaz xalqları üçün xarakterik olan antropoloji tipə uyğun gəlmirlər. Onların yaşadıqları indiki ərazilər Azərbaycana məxsus olmuşdur və tarixin müxtəlif dövrlərində adları dəyişdirilərək erməniləşdirilmişdir. Kitabda Azərbaycanın qədim və müasir dövrünün xəritələrinin verilməsi göstərilən faktlara aydınlıq gətirir və dünya ictimaiyyətinə əsl həqiqətləri çatdırır. Vurğulanır ki, xüsusilə 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycanın xəritəsini hazırladaraq xarici ölkələrə səfərləri zamanı Dağlıq Qarabağın Azərbaycana məxsus olması barədə sübutları erməni blokadasını yarmışdır, indi isə bu şərəfli işi Prezident İlham Əliyev layiqincə davam etdirir.
Natiqlər öz çıxışlarında qeyd etmişlər ki, iki əsrdən artıq müddətdə Azərbaycana, eləcə də qonşu dövlətlərə qarşı torpaq iddiaları irəli sürən ermənilərin insanlıq əleyhinə qarşı soyqırımı apararaq terrorçuluğu dəstəkləməsi, bu üsulla qatı cinayətlər törətməsi, "Böyük Ermənistan" yaratmaq xülyası ilə yaşayaraq özlərini dünya ictimaiyyətinə məzlum və yazıq bir millət kimi təqdim edirlər. Bu siyasətin davamı olaraq ermənilər hər il aprelin 24-də Osmanlı Türkiyəsinin guya milyon yarım ermənini milli-etnik zəmində qətlə yetirməsi kimi iftira xarakterli kampaniya keçirirlər. Halbuki XX əsrin əvvəllərində baş verən Birinci Dünya müharibəsində Türkiyənin vəziyyəti daha da ağırlaşmışdı. Çar Rusiyası Qafqaz maraqları naminə ermənilərin müdafiəsinə qalxmış, Türkiyənin ermənilər yaşayan şərq vilayətində islahatlar aparılmasını hökumətdən tələb etmişdi. Əslində bu siyasətdə ermənilərin rus-türk müharibəsindən yararlanaraq Şərqi Anadolunun 6 vilayətində "Ermənistan dövləti" yaratmaq maraqları dururdu. Bu məqsədlə silahlanan ermənilər türk dövlətini sarsıtmaq, ona arxadan zərbə vurmaq məqsədi ilə 1914-cü ildə Qafqazda tərkibində 10 min silahlı olan 4 erməni dəstəsi türkəsilli insanların soyqırımına başlamış və onları bu torpaqlardan qovmaqla ona yiyələnmək istəmişlər. Aprel ayının 24-də baş verən bu qanlı toqquşmada minlərlə turkü şəhid edən ermənilər sonralar bu vəhşiliklərini ört-basdır etmək məqsədi ilə "ermənilərin soyqırımı" kimi dünya ictimaiyyətini aldatmağa çalışmışlar. Yalan və böhtanı dövlət siyasətinə çevirmiş ermənilərin dünyanı qondarma soyqırımı kampaniyası ilə çaşdırmaq cəhdləri məhz akademik Ramiz Mehdiyevin bu əsərində tutarlı faktlarla və olduğu kimi təqdim edilmiş, riyakar bir millətin illərlə apardığı yalançı soyqırımı siyasətinə zərbə vurulmuşdur.
Konfransın sonunda qondarma "erməni soyqırımı" haqqında öz qanunverici orqanlarında zaman-zaman müzakirələr açan bir sıra Avropa ölkələrinin parlamentlərinə etiraz xarakterli müraciət qəbul edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında