Ə.Əhmədov: Tədricən digər dövlətlər də "erməni soyqırımı"nın saxta dəlillər üzərində qurulduğunu etiraf edəcəklər

Qondarma soyqırımına münasibət də ona adekvat olmalıdır. SİA-nın məlumatına görə, bu sözləri Yeni Azərbaycan Partiyasının sədr müavini, icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında ermənilərin 1915-ci ildə baş verən hadisələri "soyqırımı" kimi təqdim etmək cəhdlərinə münasibət bildirərkən deyib. 
"Erməni soyqırımı"nın ermənilər tərəfindən ortaya atılan və əsrin ən böyük fırıldaqlarından biri olduğunu deyən YAP icra katibi təəssüfünü bildirib ki, saxta olmasına baxmayaraq bəzi maraqlı dairələr bugünə qədər bundan istifadə etməyə çalışırlar: "Bundan həm Türkiyəyə, həm də Azərbaycana təzyiq elementi kimi sitifadə etməyə səy göstərirlər. Yeni Azərbaycan Partiyası dünən dəyirmi masa keçirərək növbəti dəfə bu məsələ ilə bağlı öz münasibətini bildirib. Hesab edirəm ki, Azərbaycan və Türkiyənin səyləri erməni saxtakarlığının ifşa edilməsinə yönəlməlidir. Düşünürəm ki, dünyanın özü də ermənilərin uydurduğu soyqırımının yalan olduğunu anlamağa başlayıblar. Bir neçə gün bundan əvvəl Fransanın Konstitusiya Məhkəməsi Fransa Senatı tərəfindən qəbul olunmuş absurd bir qərarı ləğv etdi. Bu qərar bir tərəfdən həmin qərarın kifayət qədər absurd olmasının etirafıdırsa, digər tərəfdən bütövlükdə "erməni soyqırımı"nın saxta olduğunun etirafıdır".
Ə.Əhmədov hesab edir ki, tədricən digər dövlətlər də "erməni soyqırımı"nın saxta dəlillər üzərində qurulduğunu etiraf edəcəklər. O bildirib ki, erməni saxtakarlığının geniş yayılması erməni təcavüzünə ideoloji baza rolunu oynayır: "Dünyanın bu gün müqavimət göstərə biləcəyi bir məsələ varsa, ermənilərin Azərbaycan torpaqlarının işğalına son qoyması olmalıdır. Saxtakarlıqla həqiqəti qarışdırmaq ermənilərin köhnə peşəsidir. Amma zaman gəlib çatıb ki, saxtakarlıq və həqiqət bir-birindən ayrılsın".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında