Cəbrayıllılar 2011-ci ilin birinci rübünün yekunlarını və qarşıda duran vəzifələri müzakirə etmişlər

Biləsuvar rayonunun ərazisində salınmış qəsəbələrdə yerləşən Cəbrayıl Rayon İcra Hakimiyyətində 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilmişdir.
Toplantıda hesabat məruzəsi ilə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyev aprelin 12-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələri diqqətə çatdıraraq bildirmişdir ki, cari ilin birinci rübündə rayonda 1901,7 min manatlıq ümumi məhsul buraxılmışdır. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1370 min manat çox kənd təsərrüfatı, 47,2 min manat çox sənaye məhsulu istehsal edilmiş , əhaliyə 2 min manat çox nəqliyyat, 15,5 min manat çox rabitə xidməti göstərilmişdir. Əhalinin gəlirləri 10 faiz artaraq 15855 min manat, adambaşına düşən illik gəlir 243 manat, orta aylıq əmək haqqı isə 155 manat olmuşdur.
Rayonda mal-qaranın sayı 1,7 faiz, davarların sayı 1,8 faiz, ev quşlarının sayı 14,8 faiz artmışdır.
Bu ilin birinci rübündə rayonda 2 min 350 hektarda taxıl, 25 hektarda kartof, 10 hektarda tərəvəz, 3 hektarda qarğıdalı və 5 hektar sahədə şəkər çuğunduru əkilmişdir.
Bu dövrdə heyvandarlıq məhsullarının istehsalında da artım qeydə alınmışdır. Ət istehsalı 162,7 tona, süd istehsalı 1320 tona, yumurta istehsalı 750 min ədədə çatdırılmışdır.
Qeyd olunmuşdur ki, rayonun idmançıları Türkiyədə idmanın VKÇ növü üzrə keçirilən dünya çempionatında 2 qızıl, 2 gümüş, 1 bürünc medal, Biləsuvar rayonunda keçirilən budo idman növü üzrə Asiya çempionatında 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanmışlar.
Hesabat yığıncağında çıxış edənlər bu ilin birinci rübündə rayonda sosial-iqtisadi inkişaf sahəsində qazanılmış uğurlardan ətraflı söhbət açmış, mövcud problemlərlə bağlı təkliflərini bildirmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında