Qəssan Əli Osman: Azərbaycan Prezidentinin mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüslər müsbət nəticələrini verməkdədir

Xəbər verildiyi kimi, Bakıda Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz işini uğurla başa çatdırmışdır. Müxtəlif ölkələrdən yüksək rütbəli şəxslərin, nazirlərin, elm, din, mədəniyyət xadimlərinin qatıldıqları forumda xarici mətbuat nümayəndələri, jurnalistlər də iştirak etmişlər.
Bakı Forumunun iştirakçısı, Sudanda çıxan "əl-Xartum əl-Cədidə" (Yeni Xartum) jurnalının məsul redaktoru Qəssan Əli Osman AzərTAc-a müsahibəsində bildirmişdir ki, Azərbaycan Prezidentinin mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi ilə bağlı irəli sürdüyü təşəbbüslər öz müsbət nəticələrini verməkdədir. Bakının ev sahibliyi etdiyi Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu buna bariz nümunədir.
Mətbuatda tez-tez mədəniyyətlərarası dialoqla bağlı məqalələr və araşdırmalarla çıxış etdiyini deyən sudanlı qonaq Bakıda keçirilmiş tədbirdə irəli sürülmüş təşəbbüslərin və digər məsələlərin onun üçün yeni mövzu olduğunu bildirmiş və gələcək tədqiqatlarında bunlardan istifadə edəcəyini söyləmişdir.
Bakıya ilk dəfə gəldiyini deyən sudanlı jurnalist paytaxtımızda gördüyü sürətli inkişafdan sevindiyini, müasirliklə qədimliyin elementlərini özündə birləşdirən şəhərimizin ürəkləri sehrləyən gözəlliyinə valeh olduğunu bildirmişdir.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında