Azərbaycan Yer Gününü qeyd etdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyi hər il 22 aprel - Yer Günü ilə əlaqədar müxtəlif tədbirlər həyata keçirir, ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyət arasında geniş təbliğat işləri aparır.
2011-ci ildə də Yer Gününün yüksək səviyyədə qeyd olunması ilə bağlı nazirlik tərəfindən hazırlanmış tədbirlər planına əsasən respublikanın bütün yerli meşə təsərrüfatlarında, həmçinin Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu, Sabunçu dairəsi-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolu, Bakı-Quba, Bakı-Şamaxı, Ələt-Salyan və Ələt-Hacıqabul magistral avtomobil yollarının kənarlarında iməciliklər təşkil olunmuşdur. Yer Günü ərəfəsində Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbinin 20-dən artıq üzvü Şirvan Milli Parkında olmuş və oranın biomüxtəlifliyi ilə yaxından tanış olmuşdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, Bakı şəhəri 225 saylı və Sumqayıt şəhər 11 saylı orta məktəblərdə, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud olan uşaqlar üçün xüsusi tipli məktəbdə, Qazax rayonu Aşağı Salahlı kəndi, Tovuz şəhəri 2 saylı, Xaçmaz şəhəri 9 saylı, Qəbələ rayonu 4 saylı, İsmayıllı rayonu 1 saylı, Qax rayonu Qaxbaş kənd 2 saylı, Şəki rayonu Baltalı kənd və bir sıra digər orta məktəblərdə nazirliyin mütəxəssisləri məktəblilərlə görüşlər keçirmiş, foto müsabiqələr təşkil olunmuş, ərazilərdə yeni yaşıllıqlar salınmış, onlara qulluq edilmiş, təmizlik və abadlıq işləri həyata keçirilmişdir. Eyni zamanda, Mingəçevir Politexnik İnstitutunda, Qazax Dövlət İqtisad Kollecində, Lənkəran Pedaqoji Liseyində, Şəmkir rayonu Zəyəm kənd bələdiyyəsində, Gəncə şəhər "Xəzər Laqa" müəssisəsində, Qazax Gənclər və İdman İdarəsinin və Ağsu Suvarma Sistemləri İdarəsinin ərazilərində də analoji tədbirlər təşkil olunmuşdur. Nazirliyin mütəxəssisləri Yer Günü ilə əlaqədar müxtəlif təşkilatlar tərəfindən təşkil olunmuş tədbirlərdə də yaxından iştirak etmişlər

{nl}

Qəzənfər QASIMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında