"Avropa İttifaqı və Azərbaycan: strateji tərəfdaşlığa doğru"

Milli Məclisin deputatı, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının prezidenti Elxan Süleymanovun "Avropa İttifaqı və Azərbaycan: strateji tərəfdaşlığa doğru" kitabı çapdan çıxmışdır.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının mətbuat xidmətindən bildirmişlər ki, yeni kitabda Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf dinamikası araşdırılır. Nəşrdə "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi" çərçivəsində, enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq, milli qanunvericiliyin Avropa İttifaqı hüquq sisteminə uyğunlaşdırılması, təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair səyləri münasibətlərin prioritet istiqamətləri kimi təhlil edilir.
Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında münasibətlərin təhlili göstərir ki, tarix baxımından qısa bir zaman kəsiyində bu münasibətlər geniş inkişaf etmişdir. XX əsrin 90-cı illərində Avropa İttifaqının birtərəfli yardımları formasında qurulmuş əlaqələr artıq XXI əsrin əvvəllərindən ümumi maraqlara cavab verən qarşılıqlı əməkdaşlıq, daha sonra strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Kitabda Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış "Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş"in, Aİ-nin "Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi" (TRASEKA) layihəsinin, İNOGATE proqramının, Avropa Qonşuluq Siyasəti strategiyasının, Şərq Tərəfdaşlığı təşəbbüsünün, eləcə də "Cənub qaz dəhlizi"nin Azərbaycan üçün yaratdığı imkanlar geniş şərh edilir. Müəllif kitabda müxtəlif statistik məlumatlardan, rəsmi sənədlərdən, fotoşəkillərdən geniş istifadə etmişdir.
Şübhə yoxdur ki, Azərbaycan və ingilis dillərində nəşr edilən kitab ölkəmizlə Avropa İttifaqı arasında münasibətlərlə maraqlanan oxucular üçün maraqlı olacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında