Yeni Azərbaycan Partiyasının gənc üzvləri Bayıl yamacında ağac əkmişlər

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə Yeni Azərbaycan Partiyasının (YAP) fəalları aprelin 23-də Səbail rayonu ərazisindəki Bayıl yamacında iməcilik keçirmişlər.
YAP rayon təşkilatlarının, Qadınlar Şurasının, Gənclər Birliyinin üzvləri və Milli Məclisin deputatlarının iştirak etdikləri iməcilikdə Abşeron iqliminə uyğun 3 mindən çox həmişəyaşıl ağac əkilmişdir.
YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov bildirmişdir ki, hər il ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümü ərəfəsində partiya fəallarının iştirakı ilə abadlıq və yaşıllaşdırma kampaniyaları keçiririk. Bu gün partiyamızın gənc üzvləri əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş ekologiyanın qorunması siyasətinə dəstək olaraq şəhərimizin daha da yaşıllaşdırılması naminə ağaclar əkirlər. Qurucu və yaradıcı YAP hər işdə olduğu kimi, bu aksiyada da Azərbaycanın inkişafına mühüm əhəmiyyət verir. İllər keçəcək, bura istirahətə gələnlər bizim xeyirxah əməllərimizi xatırlayacaqlar.
Aksiyanı ilboyu davam etdirəcəklərini bildirən YAP sədrinin müavini bütün Azərbaycan gənclərini Bakını abadlaşdırmağa, yaşıllaşdırmağa və təmizliyini qorumağa çağırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında