2011-ci ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,4 faiz artıb

2011-ci ilin birinci rübü ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 4,4 faiz artıb. Aprelin 1-i tarixinə olan statistikaya əsasən, bu artımdan sonra fərdi uçot sistemindəki əcnəbilərin sayı 10 631 nəfər təşkil edir.
Ümumilikdə 92 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında Türkiyə, Gürcüstan və Rusiya vətəndaşları digər ölkələrlə müqayisədə nisbətən çoxdur. Belə ki, fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə lik yerdə qərarlaşan Türkiyə vətəndaşlarının sayı 6146 nəfər, ikinci yerdə qərarlaşan Gürcüstan vətəndaşlarının sayı 1391 nəfər, üçüncü yerdə gələn Rusiya Federasiyasınin vətəndaşlarının sayı isə 588 nəfər təşkil edir. Sonrakı yerlərdə İran İslam Respublikası (354 nəfər), Hindistan (268), Çin Xalq Respublikası (145), Bosniya və Herseqovina (127), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (120), Özbəkistan (111), Pakistan İslam Respublikası (94), Ukrayna (88), Filippin (88), Almaniya (84), Malayziya (80), Qazaxıstan (71), Türkmənistan (66), ABŞ (58), İtaliya (58) və s. ölkələr gəlir.
Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumata görə, 2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesinə başlanılıb.{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında