Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin yeni nəşri Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin imzalanmasının 15 illiyinə həsr olunmuşdur

Heydər Əliyev İrsini Araşdırma Mərkəzi "Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)" kitabını çap etdirmişdir.
Mərkəzin mətbuat xidmətindən bildirmişlər ki, kitab Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin imzalanmasının 15 illiyinə həsr olunmuşdur. 1996-cı il aprelin 22-də imzalanmış bu sənəd Azərbaycan ilə Avropa İttifaqı arasında qarşılıqlı münasibətlərin hüquqi-normativ əsasını təşkil etmişdir. Xalqımızın ümummilli lideri Heydər Əliyev sənədin imzalanmasını "Azərbaycan dövləti üçün çox böyük əhəmiyyəti olan tarixi hadisə" kimi səciyyələndirmişdir.
Bu sənəd əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə yeni təkan vermişdir. Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər münasibətlər sahəsində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur.
Kitabda xalqımızın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin Avropa İttifaqının rəhbərləri ilə görüşlərdəki nitqlərinin mətni, qurumun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi bəyanat, qətnamə və kommünikelər, tarixi arayışlar, məlumat-soraq materialları, fotoşəkillər yer almışdır.
"Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)" kitabı həm də mərkəz tərəfindən "Azərbaycan-beynəlxalq təşkilatlar" seriyası ilə nəşr edilən növbəti kitabdır. Mərkəzin xətti ilə artıq ölkəmizin ATƏT, İslam Konfransı Təşkilatı, NATO, BMT və Avropa Şurası ilə münasibətlərindən bəhs edən kitablar nəşr olunmuşdur.
Azərbaycan və ingilis dillərində nəşr olunmuş kitabın "ön söz"ünün müəllifi Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynlidir. "Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin nəşrləri" seriyasının məsləhətçisi akademik Asəf Nadirov, kitabın elmi məsləhətçiləri Belçika Parlamentinin üzvü, Azərbaycan-Belçika parlamentlərarası dostluq qrupunun rəhbəri Filip Blanşar, Milli Məclisin deputatı, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanovdur.
Kitab Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin baş direktoru Fuad Babayevin rəhbərlik etdiyi yaradıcı heyət tərəfindən ərsəyə gətirilmişdir. Nəşrdə digər mənbələrlə yanaşı, Azərbaycan Dövlət Teleqraf Agentliyi - AzərTAc-ın da materiallarından geniş istifadə olunmuşdur.
"Bakı-Brüssel (Azərbaycan-Avropa İttifaqı münasibətləri)" kitabı Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin cari ildə işıq üzü görmüş üçüncü nəşridir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında