Gül bayramı xoş ovqat yaratdı

Hər il oldugu kimi bu il də ölkəmizin bütün guşələrində umummilli liderimiz, Azərbaycan xalqının xilaskarı və dövlətçiliyimizin memarı, dahi insan Heydər Əliyevin dogum günü böyük təntənə ilə qeyd edilir. Artıq neçə ildir ki, bu münasibətlə keçirilən gül bayramları xalqımızda xoş əhval-ruhiyyə və əsil bayram ovqatı yaradır.
Belə tədbirlərdən biri də dünən paytaxtın Nəriman Nərimanov adına istirahət parkında keçirildi. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 87 illiyi ilə əlaqədar keçirilən gül bayramında 39, 47, 93, 178, 212 saylı və digər məktəblərin şagirdləri öz istedadlarını göstəriblər.
Gül bayramında rayon icra strukturlarının nümayəndələri də iştirak edirdilər.Tədbirdə çıxış edənlər xalqımızın dahi oğlu Heydər Əliyevin ad günü ilə baglı hər il ənənəvi olaraq gül bayramlarının keçirildiyini, bu tədbirlərin Heydər Əliyevin xatirəsinə ehtiramın bir forması oldugunu bildirdilər.
Daha sonra 39 saylı məktəbin stendinə yaxınlaşırıq. Məktəbin müəllim və şagirdlərinin böyük məhəbbət və zövqlə hazırladıqları işlər hamını riqqətə gətirdi, parka gələnlərin xüsusi marağına səbəb oldu. "Azərbaycan xəritəsi", "Qız qalası" və digər milli atributlarımızı əks etdirən kompozisiyalar insanda açıq havada yaradılmış əsrarəngiz muzey təəssüratını yaradırdı. Məktəbin direktoru Qaçay Tamayev qeyd etdi ki, əsasən, məktəblilərin təşəbbüsü ilə baş tutan gül bayramları Azərbaycan yeniyetmələrinin Heydər Əliyev şəxsiyyətinə sevgisindən xəbər verir. Azərbaycan xalqının bütün təbəqələri kimi məktəb yaşlı uşaqlar da ümummilli liderin qayğı və diqqətini daim öz üzərlərində hiss ediblər və bu gün onun xatirəsini yad etməyi özlərinə borc bilirlər. 39 saylı məktəbin müəllimi Felmira xanım hər il oldugu kimi, bu il də gül bayramına həvəslə hazırlaşdıqlarını dedi. Onun sözlərinə görə, Azərbaycan xalqı bütün şərəfli ömrünü doğma xalqının xoşbəxtliyinə və Vətəninin çiçəklənməsinə həsr etmiş dahi oğlunun - Heydər Əliyevin xatirəsini daim uca tutur, bu böyük şəxsiyyətin əməllərini minnətdarlıqla yad edir. Məhz buna görə,ümummilli liderimizin doğum günü xalqı tərəfindən belə gözəl bayramla qeyd edilir və bu, Heydər Əliyev dühasına xalq məhəbbətinin təntənəsinə çevrilir.
Ulu öndərə xalq sevgisinin təzahürü olan gül bayramı hamıda xoş ovqat yaratdı.

{nl}

Mahmud QƏZƏNFƏROGLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında