Muzey işçiləri üçün seminar

Dünən Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyində Avropa Komissiyası və Almaniya hökuməti tərəfindən birgə maliyyələşdirilən "A MUSE-ALL" layihəsi çərçivəsində Azərbaycanın muzey işçiləri üçün "Sərgi təlimi" seminarı öz işinə başlayıb.
İki gün davam edəcək seminarda ekspert qismində AB-nin "Gürcüstan Milli Muzeyinin İnstitusional İnkişafına Dəstək" layihəsinin aparıcı məsləhətçisi Manfred Navrot çıxış edir. Seminarda sərgilərin planlaşdırılması, layihələndirilməsi, qurulması, reklamı, ictimaiyyətə təqdim edilməsi, kataloqların tərtib edilməsi, nəqliyyatın təşkili, müqavilələrin hazırlanması, büdcənin idarə edilməsi və sair məsələlər üzrə fikir mübadiləsi aparılır. Qeyd edək ki, paytaxtımızda təşkil olunan seminarın təşkilatçısı Almaniyanın mədəniyyətlərin inkişafına yardım göstərən məşhur "Dvv İnternational" təşkilatıdır. Təşkilatın aparıcı mütəxəssislərindən birinin fikrincə, seminar ölkəmizdə muzey işçilərinin peşə bacarıqlarının daha da yüksəlməsinə imkan yaradacaq.

{nl}

Elmin NURİZADƏ, BDU-nun IV kurs tələbəsi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında