Tanınmış yazıçı, pedaqoq Nurəddin Babayevin 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir

Aprelin 21-də Bakı Dövlət Universitetində (BDU) tanınmış yazıçı-jurnalist, və publisist, pedaqoq, professor Nurəddin Babayevin anadan olmasının 90 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilmişdir.
Alim və təhsil işçilərinin, tələbələrin iştirak etdikləri tədbirdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov, jurnalistika fakültəsinin dekanı, professor Yalçın Əlizadə yazıçı-jurnalist N.Babayevin mənalı ömür yolundan, geniş elmi-pedaqoji fəaliyyətindən, yüksək ixtisaslı jurnalist kadrların hazırlanmasındakı xidmətlərindən danışmışlar.
Əslən Gəncədən olan Nurəddin Babayev mətbuat aləminə 1939-cu ildə gəlmiş, "Kommunist" qəzetində xüsusi müxbir, şöbə müdiri, "Azərbaycan müəllimi" qəzetində redaktor müavini vəzifələrində çalışmışdır. 1951-ci ildə Azərbaycan Dövlət Universitetinin Jurnalistika şöbəsində elmi-pedaqoji fəaliyyətə başlamış, ömürünün sonunadək (40 il) jurnalist kadrların təhsilində çalışmışdır. 1958-ci ildə o, namizədlik dissertasiyası müdafiə etmişdir.
N.Babayev jurnalistika kafedrasının ilk müdiri və jurnalistika fakültəsinin ilk dekanı olmuşdur.
Ötən əsrin 60-70-ci illərində N.Babayevin redaktorluğu ilə iki cildlik "Jurnalistika məsələləri" dərs vəsaiti nəşr edilmişdir. Jurnalistika kafedrasının müəllimləri tərəfindən yazılmış və mətbuatın, televiziya və radionun tarixi, nəzəri və təcrübi məsələlərinə həsr edilmiş bu kitab jurnalistikaya dair Azərbaycan dilində ilk dərs vəsaitləri olmuşdur.
N.Babayevin "Qızlar, sözüm sizədir", "Qızlar söz istəyir", "Ürəyimdə sözüm var", "Açıq söhbət", "Elə yaz ki..." və digər kitabları oxucular tərəfindən böyük maraqla qarşılanmışdır.
Professor İzzət Rüstəmov, Milli Arxiv İdarəsinin rəisi, professor Ataxan Paşayev, "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov, tarix elmləri doktoru Solmaz Rüstəmova-Tohidi və digər çıxış edənlər də yazıçı-jurnalist Nurəddin Babayevin elm və təhsilimizə verdiyi dəyərli töhfələrdən bəhs etmiş, xatirələrini söyləmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında