Misirin nüfuzlu "Əl-Məsəiyyə" qəzetində Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu barədə məqalə dərc edilmişdir

Misirin nüfuzlu "Əl-Məsəiyyə" qəzetində aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu haqqında geniş məqalə dərc olunmuşdur.
Məqalənin müəllifi bu mötəbər tədbirdə iştirak etmiş Misir nümayəndə heyətinin üzvü, jurnalist Məhəmməd Sələmədir.
Azərbaycanın Misirdəki səfirliyindən bildirmişlər ki, yazıda Prezident İlham Əliyevin və Azərbaycan hökumətinin dəstəyi, BMT, İKT, YUNESKO, İSESKO və Avropa Şurasının birgə təşkilatçılığı ilə keçirilmiş forumda dünyanın 25 ölkəsindən mədəniyyət nazirlərinin, QHT-lərin və mədəniyyət təşkilatlarının çoxsaylı nümayəndələri arasında Misirin dörd tədqiqatçı alimi və jurnalistinin də olduğu vurğulanmışdır.
Forumun Prezident İlham Əliyevin giriş sözü ilə açıldığını yazan müəllif dövlətimizin başçısının Azərbaycanın mədəniyyətlər arasında əməkdaşlığın və sivilizasiyalararası dialoqun möhkəmləndirilməsində, mədəni müxtəlifliyə baxmayaraq, xalqlar arasında sülh, əmin-amanlıq, birgə yaşayış kimi müsbət anlayışların təbliğində böyük rolundan danışdığını qeyd etmişdir.
Məqalədə, həmçinin böyük tarixi, coğrafi və mədəni əhəmiyyət daşıyan Bakının artıq bu forum kimi beynəlxalq səviyyəli tədbirlərin keçirildiyi ənənəvi bir məkana çevrildiyi də vurğulanmışdır.
Bundan əlavə, yazıda Azərbaycanın Şərqdə ilk demokratik respublika olduğu, müsəlman aləmində ilk opera və teatrın məhz burada meydana gəldiyi, ilk dəfə qadınların seçki hüququnun bu ölkədə tətbiq olunduğu qeyd edilmişdir. İKT-nin üzvü olan Azərbaycanın həm də Avropa Şurasında təmsil olunmasının bu ölkənin Şərq və Qərb, Şimal və Cənub, İslam aləmi arasında böyük rol oynamasına imkan yaratdığı vurğulanmışdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında