Əhməd Davudoğlu: Dağlıq Qarabağ münaqişəsi regional inkişafa ən böyük maneədir

Türkiyənin Cənubi Qafqaz ilə bağlı siyasi kursu regionda uzunmüddətli, hərtərəfli sülhün bərqərar olunmasına yönəlmişdir.
Bu sözləri Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistanın "Arminfo" informasiya agentliyinə müsahibəsində demişdir.
Biz daha çox regional inteqrasiya şəraitində, xalqların mənafeyi naminə təhlükəsiz gələcəyin formalaşmasına diqqətimizi yönəltmək istəyirik deyən Türkiyənin xarici siyasət idarəsinin rəhbəri Dağlıq Qarabağ münaqişəsinin bu istiqamətdə ən böyük problem olduğunu vurğulamışdır. Ə.Davudoğlu demişdir ki, bu kontekstdə regionda sülhün və təhlükəsizliyin mövcudluğuna əsas mane olan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində əməli addımlar atmaq lazımdır. Türkiyənin məqsədi Cənubi Qafqazda hərtərəfli sülh atmosferi yaratmaqdır.
Türkiyəli nazir vurğulamışdır ki, ATƏT-in Minsk qrupu təxminən 20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına çalışmışdır. Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri kimi konstruktiv mövqeyini nəzərə alaraq Türkiyə ümid edir ki, 2011-ci il martın 5-də Soçidə keçirilmiş üçtərəfli görüş danışıqlar prosesində irəliləyiş üçün əhəmiyyətli olacaqdır. Ankara bu yüksək səviyyəli görüşdə qəbul edilmiş bəyannaməni alqışlayır və ümid edir ki, yaxın gələcəkdə növbəti müsbət addımlar atılacaqdır

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında