Azərbaycan təhlükəsizlik orqanlarının 91 illiyi

Dövlətin təhlükəsizliyi suverenliyin etibarlı təminatıdır

{nl}

Bir neçə gündən sonra  Milli  Təhlükəsizlik  Nazirliyinin  əməkdaşları  Azərbaycanın  ilk  təhlükəsizlik orqanlarının yaradılmasının 91  illiyini  qeyd  edəcəklər. Bu  münasibətlə  MTN-nin  Nərimanov  Rayon İdarəsində tədbir keçirilmişdir. Veteran çekistlərdən  general-mayor  Bahadur  Hüseynovun, ehtiyatda olan polkovniklər Bəxtiyar Süleymanovun, Ənvər Məmmədyarovun, Zülfüqar Tağıyevin,  Elşad Şabanovun, Binnət Məmmədovun    rayon  ictimaiyyəti  nümayəndələrinin  iştirak  etdiyi tədbiri  giriş  sözü  ilə  MTN-nin  Nərimanov  Rayon  İdarəsinin  rəisi Asif  Abbasov  açmış,  veteranları  təhlükəsizlik  orqanlarının  91  illiyi  və Novruz bayramı münasibətilə  təbrik etmişdir. O, demişdir ki,  ötən  91 il  ərzində   təhlükəsizlik  orqanlarının  fəaliyyəti  nəticəsində doğma   Azərbaycanın tarixinə   şərəfli  səhifələr  də yazılıb,  xalqımızın  yaddaşında  qaranlıq  dövr  kimi  qalmış  illər də olub.

{nl}

İlk təhlükəsizlik orqanlarının  fəaliyyətə başaladığı  dövrdə Azərbaycan  müxtəlif  təhlükələr  qarşısında qalmışdı.  Çoxsaylı  təhdidlərin  mövcudluğu  ölkə həyatının  bütün sahələrində səmərəli fəaliyyət göstərməyə qadir  təhlükəsizlik  orqanlarının  təşkilini  zəruri  etmişdi.  Yeni  qurum  daha   peşəkarcasına fəaliyyət göstərməli    müstəqil olmalı idi.

{nl}

1919-cu ildə  təhlükəsizliyin  təminatında  daha geniş  səlahiyyətlərə  malik, Azərbaycanın  ilk müstəqil xüsusi  xidmət orqanı  olan  “Əksinqilab ilə mübarizə  təşkilatı” yaradıldı. Bu  təşkilat  gənc  dövlətin  müstəqilliyinə,  ərazi  bütövlüyünə  qarşı yönəlmiş  təhdidlərin  qarşısını  almaqla,  daxili    xarici  qüvvələrlə  mübarizə   aparan  orqan kimi  fəaliyyətə  başladı. Lakin bolşevik  Rusiyası və  yerli  kommunistlərin köməyi ilə   1920-ci  ilin  28 aprel  istilası  ilə  Azərbaycanda  milli kəşfiyyat    əks-kəşfiyyat  sistemini  təkmilləşdirmək  səyləri  yarımçıq  qaldı.

{nl}

Ümummilli  lider Heydər  Əliyevin  Azərbaycan  Dövlət Təhlükəsizlik  Komitəsində əks-kəşfiyyata  rəhbərlik  etdiyi  1956-65-ci illər ərzində,  xüsusilə də  komitə  rəhbərliyinə  irəli  çəkildiyi  1965-ci  ildən sonra bu orqana  milli  kadrların  cəlb  edilməsi, onların yetişdirilib,  həlledici  iş sahələrində  rəhbər  vəzifələrə irəli   çəkilməsi  bu  istiqamətdə  mühüm  addım oldu. Məhz  Heydər  Əliyevin  səyi və birbaşa  iştirakı ilə   təhlükəsizlik  orqanlarında  azərbaycanlıların xüsusi  çəkisi  sürətlə  artaraq,   80-ci  illərdə 70  faizə  çatmış,   bu  proses  dinamik, dönməz  xarakter  almışdır.  Bu dövrdə  Azərbaycan  təhlükəsizlik  orqanlarında  formalaşmış  yeni  nəsil  sonralar  müstəqil  Azərbaycanın  Milli Təhlükəsizlik Nazirliyinin  kadr  potensialının  özəyini  təşkil etdi.

{nl}

Lakin 80-ci illərin sonundan  etibarən  Azərbaycan  DTK-sı   öz  prioritet  istiqamətlərini  dəyişərək  yenidən  mərkəzin  xalqımıza  qarşı  yönəlmiş  təxribat    repressiya  siyasətinin  alətinə  çevrildi.  Yaranmış  şərait  M.Qorbaçovun  ətrafında  toplaşmış  erməni millətçilərini  Azərbaycan  əleyhinə  illərlə  həyata keçirmək  niyyətində  olduqları  məkrli  planlarını  və bundan  qaynaqlanan   əsassız  ərazi  iddialarını  real  müstəviyə  çıxarmağa cəsarətləndirirdi.  1988-ci  ildə  azərbaycanlılar  növbəti  dəfə  qədim   ata-baba  yurdları  olan  Qərbi Azərbaycandan  kütləvi  şəkildə  qovuldu. Moskva  qarşısında  güzəştli  mövqe  tutan  respublika  rəhbərliyinin  bu  proseslərə  lazımi  reaksiya  verməməsi,  ermənilərin  törətdikləri  cinayətlərin cəzasız  qalması  Azərbaycanı  yeni fəlakətlərə  sürüklədi. 1990-cı ilin 20 yanvarında Bakıya   qoşun  yeridən  imperiya  Azərbaycan  xalqının  qanını  axıtmaqla, onun  haqq  səsini  boğmağa,  özünün  ermənipərəst  siyasətinə  daha  münbit  şərait  yaratmağa  çalışdı. Ancaq öz azadlığı və müstəqilliyi uğrunda hər cür məhrumiyyətlərə dözən, Heydər Əliyev kimi ümid, pənah yeri saydığı dahi övladına güvənən Azərbaycan xalqı susmadı, öz haqq səsini dünyaya çatdırmağa, imperiya ilə mübarizə əzmini nümayiş etdirməyə nail oldu. Bu gün Azərbaycanın  sivil,  demokratik, hüquqi  dövlət  kimi  inkişafı naminə  ölkə  Prezidenti  İlham  Əliyevin inamla davam etdirdiyi Heydər Əliyev  siyasi kursunun uğur qazanmasında  MTN əməkdaşları  da  yaxından  iştirak  edirlər.

{nl}

Natiq qeyd etmişdir ki,  nazirliyin  son  illərdəki  fəaliyyəti  onun  xalq arasındakı  nüfuzunu  daha da  yüksəltmişdir.  Terrorçuluqla  mübarizədə  əldə  edilən  uğurlar  nəinki  ölkədə, eləcə də beynəlxalq tərəfdaşlar  arasında  nazirliyimizə  milli  maraqları daxili    xarici  təhdidlərdən  qorumağa  qadir xüsusi xidmət orqanı imici qazandırmışdır. Bu gün beynəlxalq  terrorçuluqla  ardıcıl,  məqsədyönlü  mübarizə  aparan Azərbaycan MTN-nin  adı  dünyanın  sivil  xüsusi  xidmət orqanları   ilə yanaşı  çəkilir.

{nl}

Belə ki,  həyata keçirilən əməliyyat-axtarış  tədbirləri nəticəsində ölkə ərazisində terror aktlarının törədilməsi cəhdlərinin  qarşısı hazırlıq  mərhələsində alınmış, külli miqdarda  silah-sursat və partlayıcı  maddə götürülmüşdür. Azərbaycan Respublikası  vətəndaşı olan bir  qrup  radikal  vəhhabinin Pakistanın  Vəziristan  vilayətinə  getmələri, orada “Əl-Qaidə” terror  təşkilatının və Taliblərin silahlı  birləşmələrinin tərkibində hərbi  təlimlərdə  iştirakları  müəyyən  olunmuş,   həmin  şəxslər  barəsində  cinayət  işi başlanmışdır.

{nl}

Son illər  bu istiqamətdə  görülən  işlərin peşəkarlıq səviyyəsinin  yüksəlməsi uğurların artmasına  zəmin yaratmışdır.  İftixarla qeyd  edirik ki,  digər sahələrdə  olduğu kimi,   terrorçuluqla  mübarizə istiqamətində  qazanılan  uğurlarda da MTN-nin  Nərimanov  Rayon İdarəsi  əməkdaşlarının  da özünəməxsus payı  olmuşdur. Hazırda  müvafiq  qabaqlayıcı  tədbirlərin  görülməsi, radikal dini meyilli  qrupların bütün fəaliyyətlərinin  tərəfimizdən  nəzarətdə  saxlanılması  davam etdirilir.

{nl}

MTN  terrorçuluğun  ayrılmaz  tərkib hissəsi  olan təcavüzkar  separatçılıqla mübarizəyə  xususi   diqqət yetirir.  Çünki,  məlum  olduğu kimi, beynəlxalq terrorizmin  tərkib  hissəsi olan,   Ermənistanda  dövlət  səviyyəsində  dəstəklənən  terrorizmin  başlıca  hədəfləri  siyahısında Azərbaycan  ilk  yerdədir.

{nl}

Milli təhlükəsizlik  naziri  general-leytenant  Eldar  Mahmudovun  dediyi kimi:  “Ermənistan – Azərbaycan,  Dağlıq  Qarabağ  münaqişəsindən  irəli gələn  fəsadlar milli  təhlükəsizliyə  əsas  təhdid  olaraq  qalmaqdadır.  Atəşkəs  rejiminin  mütəmadi  pozulması,  işğal  olunmuş  ərazilərdə  irimiqyaslı  hərbi  təlimlərin  keçirilməsi,  Azərbaycana  qarşı kəşfiyyat-pozuculuq  fəaliyyətinin  davam etdirilməsi  narahatlıq  doğuran    sayıqlıq  tələb edən  hallardır”.

{nl}

Milli  Təhlükəsizlik  Nazirliyinin  əməkdaşları  da digər  güc  qurumları  və hüquq-mühafizə  orqanlarının  nümayəndələri  ilə  çiyin-çiyinə  Qarabağ  uğrunda  gedən döyüşlərdə  erməni  qəsbkarlarına  qarşı  mübarizədə  şücaət    rəşadət  nümunələri  göstərmişlər.  Müharibə  illərində  torpaqlarımızın  azadlığı  uğrunda gedən  döyüşlərdə  nazirliyin  6  əməkdaşı  qəhrəmancasına  həlak  olmuş,  xalqımız  onların  bu şücaətini  layiqincə  qiymətləndirmişdir.  Hazırda  Azərbaycan  torpaqlarının erməni  işğalından  azad  edilməsi, ərazi  bütövlüyünün  təmin  olunması  istiqamətində çalışmaq  nazirliyin  hər bir  əməkdaşının  ən başlıca  vəzifə  borcudur.

{nl}

Nazirliyin son illərdəki  fəaliyyəti  onun nüfuzunu  daha da  yüksəltmiş, təhlükəsizlik orqanlarına xalqın  inam  və etibarını  qazandırmışdır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham  Əliyevin  göstərdiyi  yüksək etimad bizim  daha yaxşı  işləməyimiz,  ölkənin  təhlükəsizliyinə  daha  möhkəm zəmin yaradılması  üçün  ən yaxşı  stimuldur.

{nl}

Tədbirdə  çıxış  edən  veteranlar  qeyd etdilər ki,  Milli Təhlükəsizlik Nazirliyinin    həyatında ən  məhsuldar  dövr  görkəmli dövlət xadimi  Heydər Əliyevin  Azərbaycan  rəhbərliyinə  qayıdışından sonra başlayır. Bu da  ulu öndərin nazirliyin  işinin  yenidən qurulmasına  göstərdiyi  tələbkarlıq,  gündəlik  qayğı    diqqəti ilə bağlı olmuşdur. Bu gün bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən inam və uğurla davam etdirilməkdədir.

{nl}

Veteranlar dövlətin    Milli  Təhlükəsizlik Nazirliyi rəhbərliyinin  onlara göstərdiyi qayğı    diqqəti    yüksək  qiymətləndirdilər. Tədbirin sonunda veteran çekistlərə qiymətli  hədiyyələr  təqdim olundu.

{nl}

{nl}

Namiq  QƏDİMOĞLU,

{nl}

“Xalq qəzeti”

{nl}

 

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında