AMEA-da "Qafqaz Evi və ermənilər"mövzusunda beynəlxalq konfrans keçirilmişdir

Aprelin 21-də Azərbaycan Milli Elmlər Akademiyasının İnsan Hüquqları İnstitutunda "Müasir İnkişaf" İctimai Birliyi, Azərbaycan Jurnalist Qadınlar Assosiasiyası, Gürcüstan Gənclərinə Dəstək və Maarifləndirmə Dərnəyinin birgə təşkilatçılığı ilə "Qafqaz Evi və ermənilər" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.
Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova tədbiri açaraq Azərbaycan və Gürcüstan xalqlarının tarixi dostluq, mehriban qonşuluq əlaqələrindən danışmışdır. Bildirmişdir ki, əsrlər boyu Qafqaz xalqları dinc yanaşı yaşamış, Qafqazı özlərinin ümumi evi bilərək sabitliyin, əmin-amanlığın qorunması üçün əllərindən gələni əsirgəməmişlər.
İnstitutun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva "Ermənilərin Cənubi Qafqaza köçürülməsi və onun nəticələri" mövzusundakı məruzəsində hay tayfalarının (indiki ermənilər) Cənubi Qafqaza təxminən iki əsr əvvəl köçürülməsindən və bunun nəticəsində regionda millətlərarası sabitliyin pozulmasından danışmışdır. A.Mustafayeva vurğulamışdır ki, ermənilər bu ərazidə məskunlaşmaqla Cənubi Qafqazın tarixən multimədəni, multietnik və multikonfessional ailəsinə qeyri-sabitlik gətirmişlər. Halbuki Qafqaz xalqlarının genetik yaddaşında həmişə başqa millətlərə hörmət, başqa mədəniyyətlərə diqqət və maraq, mehriban qonşuluq prinsiplərinə riayət olunması öz əksini tapmışdır. Burada yaşayan xalqlar arasında heç vaxt torpaq iddiası və bu zəmində düşmənçilik olmamışdır.
Tədbirdə Suxumi Dövlət Universitetinin professorları Quram Marxuliya, K.Pipiya, Nodar Berulava, Bakı Dövlət Universitetinin dosenti Kərəm Məmmədovun məruzələri dinlənilmişdir. "Erməni milli ideyası və onların geotarixi aspektdə araşdırılması", "Ermənilərin Gürcüstanda geosiyasi manevrləri", "Ermənistan-Gürcüstan: dostluğun pərdəarxası tərəfi", "Erməni millətçilərinin XX yüzilliyin birinci rübündə Cənubi Qafqazda yerli xalqlara qarşı törətdiyi soyqırımlar" mövzularındakı məruzələrdə natiqlər faktlara əsaslanaraq ermənilərin bir əsrdən artıq davam edən işğalçılıq siyasətinin nəticələrini araşdırmışlar.
Azərbaycan və gürcü xalqlarının əraziləri hesabına özlərinə dövlət yaradan ermənilərin qarşılarına qoyduqları məqsəd alimlər tərəfindən Cənubi Qafqaz xalqları üçün böyük təhlükə kimi qiymətləndirilmiş, Cənubi Qafqazın sülh və sabitlik məkanına çevrilməsi yolları müzakirə edilmişdir.
Mövzu ətrafında çıxışlar olmuş, təkliflər səsləndirilmişdir.
Tədbirdə Azərbaycan və Gürcüstan alimlərinin, ictimai təşkilatların, media qurumlarının gələcəkdə bu istiqamətdə birgə əməkdaşlıq etməsi məsələsi ilə bağlı razılaşma əldə edilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında