Dövlət qayğısını əsirgəmir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2010-cu il aprelin 22-də "1941-1945 -ci illər müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım edilməsi barədə" sərəncam imzalamışdır.
Bu sənəd ölkə başçısının qələbənin 65 illiyi münasibətilə müharibə veteranlarına davamlı olaraq göstərdiyi diqqət və qayğının əyani təzahürüdür. Sərəncamdan irəli gələn vəzifələrin həlli ilə bağlı Dövlət Sosial Müdafiə Fonduna birdəfəlik maddi yardımın müvafiq şəxslərə çatdırılmasını təmin etmək tapşırılmışdır. Artıq fond tərəfindən birdəfəlik yardımın sərəncamın şamil olunduğu şəxslərə çatdırılması həyata keçirilmişdir. Belə ki, sərəncama uyğun olaraq ayrılan məbləğ həmin şəxslərin hesablarına köçürülmüşdür.
Sərəncam bütövlükdə 33 600 nəfərə şamil olunmuşdur. Bunlardan 4250 nəfəri bilavasitə Böyük Vətən müharibəsi iştirakçılarıdır və sərəncama əsasən, onlara 500 manat məbləğində birdəfəlik yardım göstərilmişdir. Böyük Vətən müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsinin iştirakçılarına isə 200 manat məbləğində birdəfəlik maddi yardım verilmişdir. Bu kateqoriyaya aid olan şəxslərin sayı isə 29 350 nəfər təşkil edir.
DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, bu il həmçinin 1941-1945-ci illər müharibəsində qələbənin 65-ci ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçılarının yaşa görə əmək pensiyasının baza hissəsi 30 manat artırılmışdır. Bu artım Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "1941-1945-ci illər müharibəsində qələbənin 65 illik yubileyinə hazırlıq və yubileyin qeyd edilməsi üzrə milli proqram"ın təsdiq edilməsi haqqında sərəncamı çərçivəsində həyata keçirilmişdir. Həmin proqrama uyğun olaraq Dövlət Sosial Müdafiə Fondunun 1941-1945-ci illər müharibəsi iştirakçılarının pensiyalarının baza hissəsinə əlavələrin edilməsi barədə hazırladığı təkliflər "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa edilən dəyışikliklər və əlavələr sırasında yer almışdır. Cənab Prezident tərəfindən təsdiqlənən dəyişikliklər və əlavələr 2010-cu il yanvar ayının 1-i tarixindən qüvvəyə minmişdir. Nəticədə bu ilin yanvar ayından etibarən Böyük Vətən müharibəsi iştirakçıları yaşa görə əmək pensiyalarını baza hissəsinə əlavə edilən 30 manat artımla əldə etmişlər.

{nl}

Z. BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında