"Ozonator" taxılın məhsuldarlığını üçqat artırır

Respublikada aparılan uğurlu aqrar islahatlar zəminində 1997-ci ildə kəndli-fermer təsərrüfatı kimi fəaliyyətə başalyan "Beybullah" MMC qısa vaxtda özünü doğrultdu. Müəssisə 1999-cu ildə özəl toxuculuq təsərrüfatı kimi dövlət tərəfindən qeydə alındı və Kənd Təsərrüfatı Nazirliyinin köməyi ilə işlərini yenidən qurdu.
Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" təsərrüfatın inkişafına yeni təkan verib.
"Beybullah" MMC əkinçiliyin və heyvandarlığın inkişafı ilə məşğuldur. 200 hektardan çox sahədə taxıl əkilir. Burada əsasən "Əzəmətli - 95", "Nurlu-99" və "Aran" buğda sortları, "Qarabağ-22", "Cəlilabad-19" və "Qobustan" arpa sortları, eləcə də Rusiyadan gətirilən taxıl sortları becərilir.
Əvvəllər toxumluq məhsullarımızı kimyəvi preparatlarla mühafizə edirdik, bu da keyfiyyəti aşağı salırdı, məhsuldarlıq azalırdı. Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatı barədə ölkə Prezidenti İlham Əliyevin sərəncam və göstərişləri Avropa standartlarına cavab verə bilən məhsul istehsalı üçün möhkəm zəmin yaratdı.
Aerokosmik Agentliyin mütəxəssisləri toxumluq məhsulların mühafizəsi və aqrotexniki qaydada əkilib-becərilməsi üçün yeni üsullar yaratdılar. Toxumluq məhsulların müxtəlif xəstəliklərdən qorunması, itkinin qarşısının alınması üçün kimyəvi maddələrdən deyil, agentliyin hazırladığı qurğuların tətbiq edilməsinə üstünlük veririk.
Mütəxəssislər təsərrüfatımızda xüsusi "Ozonator" aparatı - ozon generatoru quraşdırıblar. Bu aparat anbardakı toxumluq məhsullara azon qazı ilə sirayət edir, həşaratları məhv edir, məhsulun keyfiyyətini qoruyur.
Toxum əkiləndə isə onun bitiş enerjisi artır, çıxış vaxtı tezləşir. Məhsuldarlıq da birə-iki, birə-üç artır. Əgər kimyəvi preparatla qorunan toxum bir hektardan 20-25 sentner məhsul verirdisə, ozonla qorunan toxum hər hektardan 50 sentnerədək məhsul verir. Ozonlaşmış toxumun tərkibində zülallıq artır, çörəyi daha keyfiyyətli və dadlı olur. Elə bu metodun üstünlüyü sayəsində "Beybullah" MMC təsərrüfatlara 2009-cu ildə 401 ton, 2010-cu ildə isə 450 ton yüksək keyfiyyətli toxumluq məhsul satmışdır.
İli ildən uğurla yola salırıq. Amma bəzi çətinliklərimiz də var. Belə ki, hələ də köhnə sovet texnikasının ümidinə qalmışıq. Fermer-kəndli təsərrüfatın kombayna böyük ehtiyacı var. Məhsuldarlığı daha da artıqmaq üçün azot və fosfor gübrələri tələb olunur. Bunları isə öz vəsaitimiz hesabına hələ almaq imkanımız yoxdur. Bu işlərdə müvafiq idarə və qurumlar bizə qayğı göstərsələr daha çox məhsul istehsal edə bilərik.

{nl}

Cumar İSAYEV, "Beybullah" MMC-nin təsisçisi, Oğuz rayonu


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında