Ermənilər Azərbaycan Ordusunun iki əsgərini yaralayıblar

Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun iki əsgəri yaralanıb.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər.
Hadisə Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında qeydə alınıb. Ermənilərin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan Ordusunun əsgərləri - 1991-ci il təvəllüdlü Fazil Elxan oğlu Abdullayev və 1990-cı il təvəllüdlü Elşən İsfəndiyar oğlu Nəzərov düşmən gülləsinə tuş gəlib. Hər iki əsgər hospitala yerləşdirilib. F. Abdullayevin vəziyyəti orta ağır qiymətləndirilir. E.Nəzərov isə yüngül xəsarət alıb. F.Abdullayev Gədəbəy, E. Nəzərov isə Kəlbəcər rayon hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılıblar.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında