Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu TÜRKSOY üçün çox əlamətdar olmuşdur

Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un Ankaradakı baş ofisi aprelin 7-dən 9-dək Bakıda keçirilmiş Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ilə bağlı mətbuat üçün açıqlama yaymışdır.
Açıqlamada bildirlir ki, Forum TÜRKSOY üçün çox əlamətdar bir hadisə olmuşdur. Xüsusilə aprelin 8-də Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əməkdaşlıq haqqında protokolun imzalanması böyük əhəmiyyətə malikdir. Sənədi İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri və TÜRKSOY-un baş katibi Düsen Kaseinov imzalamışlar. Bu sənəd TÜRKSOY-a üzv olan ölkələrlə İslam ölkələri arasında əməkdaşlığın daha da güclənməsinə təkan verəcəkdir.
Bu iki nüfuzlu təşkilat gələn il ərəb ölkələrində Novruz şənliklərinin keçirilməsi üçün birgə fəaliyyətlərə də başlayacaqdır.

{nl}

Oqtay BAYRAMOV, AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında