Azərbaycan və Türkiyə arasında sərhəd təhlükəsizliyi sahəsində əlaqələr yüksək səviyyədədir

Aprelin 19-da Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməntinin (DSX) aparatında Dövlət Sərhəd Xidmətinin rəisi, sərhəd qoşunlarının komandanı, general-leytenant Elçin Quliyev Türkiyə Quru Qoşunlarının komandanı, ordu generalı Erdal Ceylanoğlunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
DSX-nin mətbuat mərkəzindən bildirmişlər ki, görüşdə qonaqlara Azərbaycanın sərhəd təhlükəsizliyi sisteminin təşkili, əməliyyat şəraiti və mövcud təhdidlər, o cümlədən Ermənistanın işğalı nəticəsində nəzarətsiz qalmış Azərbaycan sərhədlərindən qeyri-qanuni məqsədlərlə istifadə edilməsi barədə məlumat verilmişdir.
Qarşılıqlı anlaşma şəraitində keçən görüşdə sərhəd təhlükəsizliyi sahəsində ikitərəfli əlaqələrin səviyyəsi yüksək qiymətləndirilmiş, hərbi əməkdaşlığın vəziyyəti və perspektivləri müzakirə olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında