Azərbaycan ilə Litvanın fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlığının genişləndirilməsinin vacibliyi qeyd edilmişdir

Ölkəmizdə səfərdə olan Litva Respublikasının daxili işlər naziri Raymundas Palaytisin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovla görüşmüşdür.
Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, görüşdə K.Heydərov nazirlik və onun tabeliyində olan qurumlar, eləcə də onların fəaliyyəti haqqında məlumat vermiş, həmçinin nüfuzlu beynəlxalq və regional təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əlaqələrin inkişaf etdirilməsi istiqamətində görülən işlər barədə qonağı məlumatlandırmışdır.
R.Palaytis Azərbaycan ilə Litvanın fövqəladə halların idarə edilməsi sahəsində aidiyyəti qurumlarının əməkdaşlığının daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini qeyd etmişdir.
Qonaq Fövqəladə Hallar Nazirliyinin strukturuna daxil olan bir sıra qurumların fəaliyyəti ilə tanış olacaqdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında